Ağır yol qəzası daha iki can aldı – BAKIDA

Bakı şəhərinin Qaradağ rayonunda “Daewoo” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

Etikxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1957-ci il təvəllüdlü Qəniyev İsrail Əvəz oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb.

Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Etikxeber.az

Read Previous

Qanunsuz ceyran ovlayan şəxs saxlanıldı – FOTO

Read Next

Akademik “Nəsimi İli” haqqında danışdı: VƏFA BORCUMUZDUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir