Qəzada ölənlər arasında icra başçısının köməkçisi də var – GORANBOYDA DƏHŞƏTLİ QƏZA – FOTOLAR – YENİLƏNİB

Goranboyda ağır yol qəzası baş verib.

 Etikxeber.az-ın verdiyi məlumata görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ21011” markalı avtomobillərin toqquşması nəticəsində “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən “Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevin köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub.

Məlumata görə, hadisə yerində ölən, “Niva”nın sürücüsü Əliyev Fuad Əli oğludur.  Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur.

Qeyd edək ki, “Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.

gor-3

gor-4

 

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub

Read Next

İki ev, bir maşın yandı,köməksiz vəziyyətdə qalan iki şəxs isə xilas edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir