“Ağrıların unudulmasını və duaların qəbul olunmasını diləyirəm”-SEVİNC HÜSEYNOVA

Müsəlman aləmində Ramazan ayının və bayramının xüsusi yeri var. Orucluq ayı kimi bilinən bu ay insan ruhunun aydınlaşdığı, saflaşdığı, məxsusi rahatlığa qovuşduğu aydır. 11 ayın sultanı kimi tanınan Ramazan ayın özəlliyi isə bildiyimiz kimi, insanların bütün varlığı ilə uca Tanrının dərgahına sığınmasıdır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sevinc Hüseynova Ramazan bayramı ilə bağlı təbrikində qeyd edib.

“Dərin köklərə malik digər bayramlarımız kimi, Ramazan bayramı, eyni zamanda, insanların bir araya gəldiyi, küsülülərin barışdığı, birlik və bərabərliyi özündə ehtiva edən bayramdır. Rəhmət və şəfqətlə dolu günlərin ən qiymətlilərindən olan mübarək Ramazan bayramında bütün ürəklərin sevinclə dolmasını, ümidlərin gerçəkləşməsini, ağrıların unudulmasını və dualarınızın qəbul olunmasını diləyirəm! Bayramınız mübarək!”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

“Paşinyan Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu mərhum danışıqların ehsanını da verdi…”-ELDAR NAMAZOVDAN ELMAR MƏMMƏDYAROVA TƏPKİ

Read Next

“Qəti inam və imanla hamımız əmin olmalıyıq ki…”-EKS-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir