“Ağsaqqallar üzə çıxmır…” – KOMİTƏ SƏDRİ

Boşanma zamanı ağsaqqallar üzə çıxmır.

Etikxeber.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda deyib.

Komitə sədri bildirib ki, Azərbaycan xalqının gözəl adət-ənənələri var: “Elçiliyə gedəndə ağsaqqalları-ağbirçəkləri aparırlar. Onların sözlərinə önəm verilir. Amma boşanma zamanı onların heç biri üzə çıxmır. Axı, bu, düzgün deyil. Axı, həmin ağsaqqal, ağbirçək o evliliyə, o qıza görə məsuliyyət daşıyır. Yeni qurulan ailələrdə problem yaşandıqda onlar müdaxilə edib barışdırmağa çalışmalıdırlar.  Buna görə də ağsaqqallıq instutu öz fəaliyyətini genişləndirməlidir”. 

H. Hüseynova  qeyd edib ki, məktəblərin, sosial işçilərin uşağa çox böyük təsiri olmalıdır, amma valideyn də məsuliyyətdən yayınmamalıdır: “O uşağın intiharı ilə bağlı bir nəfər sual verdi ki, niyə məktəbini 3 dəfə dəyişib? Valideynlər uşaqlarla maraqlanmalıdırlar, onlarla müntəzəm şəkildə söhbət etməlidirlər. Bəli, problemlər çoxdur, amma deyim ki, Azərbaycanın ailə modeli dünyanın bir çox ölkəsinə nümunə ola bilər”.

Etikxeber.az

Read Previous

Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verildi – FOTOLAR

Read Next

Ailə dəyərlərimizi mənfi təsirlərindən qorumalıyıq – MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir