Ağsu aşırımında avtomobillərin hərəkəti çətinləşdi – FOTOLAR

Yanvarın 27-dən 28-nə keçən gecə yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində çətinliklər yaradıb. Xüsusilə Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-147-ci kilometrində – dolaylarda yollar tamamilə örtülüb. Burada qarın qalınlığı 4-5 santimetrə çatır. Yağan qar, şaxtalı hava və duman avtomobillərin hərəkətində çətinliklərə səbəb olub.

 Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, 16 nömrəli “Yol İstismar” MMC-nin işçiləri qumsəpən və qreyderin köməyi ilə səhər saatlarından dolayların xüsusilə təhlükəli ərazilərində təmizləmə işləri aparır, yola duz və qum səpilir.

Ciddi səbəb olmadığı halda Ağsu dolaylarından istifadə edilməsi məsləhət görülmür. Zərurət yarandıqda avtomobillərin sazlığı, şinlərin normal vəziyyətdə olması vacibdir.

aqsu-11

aqsu-13

 Etikxeber.az

Read Previous

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Read Next

İnsanlar hazırda əziyyət çəkir, demək olar ki, yaşaya bilmirlər… – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir