Ağsuda əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 3,3 milyon manat ayrıldı-SƏRƏNCAM

Prezident İlham Əliyev mayın 18-də “Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon manatı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Etikxeber.az

Read Previous

“Bu istiqamətdə çalışmaq hər bir azərbaycanlının müqəddəs borcudur…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib…”-DİN RƏSMİSİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir