Ağsuda kütləvi dava zamanı 4 nəfər bıçaqlandı – YENİLƏNİB

Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb.

Etikxeber.az-ın APA-ya yerli istinadən xəbərinə görə hadisə bu gün axşam saatlarında rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb.

Kənd sakinlərindən birinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə spirtli içki qəbul edən iki qonşu kəndin gəncləri arasında kütləvi dava baş verib.

Hadisə zamanı Rəhimli kənd sakinləri – 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978- ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlu bıçaqlanıb.

Həmin şəxslərin rayonun Ağarx kənd sakini tərəfindən bıçaqlandığı və onun hadisə yerindən qaçıb gizləndiyi bildirilir. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Yaralılar Ağsu rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Cərrahiyyə əməliyyatı olunan yaralılar hazırda xəstəxananın reanimasiya şöbəsindədir.

Onların vəziyyəti orta-ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

***

Qeyd edək ki, artıq 4 nəfəri bıçaqlayan şəxslərin kimliyi məlum olub.

Ağarx kənd sakinləri – 1984-cü il Vəliyev Mansur İrzaxan oğlu və qardaşı 1989-cu il təvəllüdlü Vəliyev Vəli İrzaxan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Rəhimli kənd sakinləri – 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978-ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlunu bıçaqlayıb.

Hadisə yerindən qaçıb gizlənən qardaşlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı tapılaraq istintaqa təhvil verilib.

Etikxeber.az

 

 

Read Previous

Spikerin başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya getdi

Read Next

“Üçlər”-in genişlənməsilə bağlı fikirlər layihənin cəlbedici olduğunu göstərir” – PA rəsmisi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir