Ailənin 3 övladından biri, Ağdamın İkinci Vətən Müharibəsi Şəhidi-SAMİR FƏRZƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: BU GÜN ONUN 26 YAŞI TAMAM OLUR…

Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Samir Vaqif oğlu Fərzəliyevin bu gün doğum günüdür.

Samir Fərzəliyevin bu gün 26 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamın Qiyaslı kəndindən olan Samir Fərzəliyev 1996-cı ilin dekabr ayının 8-də adıçəkilən rayonun Quzanlı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından, 2 qardaşdan biri olub.

2002-2011-ci illərdə Quzanlıda-orta məktəbdə təhsil alıb.

2015-ci ilin aprelində Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə yollanıb və bir il 6 aydan sonra – 2016-cı ilin oktyabrında Naxçıvan Muxtar Respublikasında hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb.

2016-2020-ci illərdə müxtəlif sahələrdə çalışıb və 2020-ci ilin avqustunda MAXE kursuna yazılıb və sentyabrın 7-də, İkinci Qarabağ Savaşından cəmi 20 öncə MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilik saniyəsindən, ilk dəqiqələrindən də döyüşlərə atılıb və Ağdərə istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

15 oktyabr 2020-ci il tarixində isə Ağdam rayonunun Quzanlı qəsəbə Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 67 yeni-YOLUXMA…

Read Next

“Ölkəmizdə Azərbaycan səfirliyinin açılması çox vacib bir məsələdir”-ALBANİYANIN BAŞ NAZİRİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir