Ailənin 3 övladından biri, 3 medallı-ŞƏHİD ELVİN ABASOVUN AİLƏSİNİ, OCAĞINI ÜÇÜNCÜ ZİYARƏTİM – FOTOLAR – YENİLƏNİB

Bu gün-24 noyabr tarixində Bakının (Şamaxının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elvin Səxavət oğlu Abasovunun ocağını, ailəsini ziyarət etdim.

Bir daha ailəsinə, valideynlərinə, ocağına baş çəkdim və qeyd edim ki, bu, mənim üçüncü ziyarətim idi.

Bir daha ailəsinə, valideynlərinə-anası Bahar xanıma və atası Səxavət kişiyə Allahdan səbr və dözüm arzuladım.

Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim.

Bir daha Şəhidimizə, Şəhidlərimizə borclu olduğumu, olduğumuzu dilə gətirdim.

Bir saatdan çox çəkən ziyarətim zamanı bir daha Şəhidimizin ailə üzvləri, valideynləri ilə söhbətləşdim, dərdləşdim.

Bir daha ailə üzvləri ilə birlikdə Şəhidimizin şərəfli, lakin qısa həyat və döyüş yoluna nəzər saldım, bir daha Fəxr, Qürur hissi keçirdim Şəhidimizlə, Nur üzlümüzlə bağlı…

Qeyd edim ki, Elvin Abasov 1993-cü ilin 17 iyun tarixində Şamaxının Çahran kəndində dünyaya gəlib.

 Ailədə 3 övlad, 3 qardaş olublar.

Qardaşları ailəli olsalar da, Elvin subay idi.

O, 1999-2010-cu illərdə Bakıda, Xətai rayonunda orta məktəbdə təhsil alıb və orta məktəbi qurtardıqdan sonra texnikuma-Kollecə-Bakı Dövlət Kollecinə daxil olub.

Sonra təhsilini yarımçıq qoyaraq, 2013-cü ilin aprelində hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra təhsilinə qaldığı yerdən davam edib.

İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra isə özü könüllü şəkildə Vətən müdafiəsinə yollanıb.

Döyüş yolu da düz bir ay, oktyabrın 9-dan noyabrın 8-cən çəkib.

Elvin cəbhənin Füzuli-Xocavənd istiqamətlərində döyüşüb, vuruşub və noyabrın 8-də Xocavənd istiqamətində ağır döyüşlərdən birində qarın nahiyəsindən yaralanıb.

Ailəsinə yaralanması xəbəri üç gün sonra, noyabrın 11-də verilib.

14 gündən sonra, noyabrın 22-də isə dünyasını dəyişib, Şəhid olub.

Və elə həmin gün nəşi Şamaxı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

19:55

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 45 yeni-YOLUXMA…

Read Next

“Ermənistana təzyiq göstərilməsi istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyinə ciddi ehtiyac var”-CEYHUN BAYRAMOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir