Ailənin 3 övladından, Qəhrəman qardaşlardan biri, Anası tərəfindən təkbaşına böyüdülən, 5 medallı, Vətən sevdalısı-ŞƏHİD CƏMİL HƏŞİMLİ… VƏ YA ONSUZ QEYD EDİLƏN DOĞUM GÜNÜ…-FOTOLAR

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Həşimlinin doğum günüdür.

Cəmil Həşimlinin bu gün 27 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Cəmil Həşimli 1995-ci ilin avqust ayının 11-də sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 oğlan övladından biri olub.

Uşaq vaxtlarından anaları Simuzər xanım tərəfindən təkbaşına böyüdülüblər.

Anaları onlara həm analıq, həm də atalıq edib.

Onları minbir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırıb, Vətənə xeyirli övladlar kimi yetişdirib.

Qardaşları MərahimCavid ali təhsil alsalar da, Cəmil daha çox zəhmətkeş olub, çalışıb-işləyib, ailəsinə, anasına dəstək olub.

Cəmil də, ali təhsilli qardaşı Mərahim də hərbçi kimi İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Kiçik qardaşları Cavid isə həmin vaxt Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub.

Vətən sevdalısı Cəmil İkinci Vətən Müharibəsinin 9-cü günündə, oktyabr ayının 5-də, axşam saatlarında, Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhidliyindən cəmi saatlar öncə isə anası Simuzər xanımla danışıb.

Nəşi bir gün sonra, oktyabrın 6-da Kürdəmir rayon Şəhidlər Xiyabanında-izdihamlı şəkildə dəfn olunub.

Şəhidliyindən sonra 5 medalla təltif olunub.

İkinci Vətən Müharibəsinin iştirakçılarlndan olan qardaşı Mərahim hazırda Azərbaycan Ordusunda fəaliyyət göstərir və ön xətdədir.

Cəmil həm də subay olub.

Ömrü kimi arzuları, xəyalları da yarımçıq qalıb…

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün axşam saatlarında, saat 17:00-da Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilət tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Kürdəmirdən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, məktəblilər, Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi və başqa şəxslər iştirak edəcəklər.

Bir saata yaxın davam edəcək ziyarətdən sonra “Günəş” şadlıq sarayında Şəhidin 27 yaşının tamam olması, Cənnətdəki ikinci diğum günü ilə bağlı məclis başlayacaq, adına ehsan veriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək.

Həmçinin, çıxışlar ediləcək, Şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhjs olunacaq.

Məclis 3 saata yaxın davam edəcək.

***

Hazırda Cəmil, Şəhidimizgildəyəm…

Mövluduna, Cənnətdəki ikinci doğum günü ilə bağlı cəmi saatlar sonra keçiriləcək mərasimdə iştirak etməyə gəlmişəm…

Ailəsinə, anası-Məğrur və Dik duruşlu Simuzər xanıma bir daha Allahdan səbr və dözüm arzulayıram, bir daha “Şəhidimizin ruhu şad olsun”!-deyirəm…

Bir daha ruhu qarşısında baş əydiyimi, Cəmil də daxil olmaqla, cəmi Şəhidlərimizə borclu olduğumu dilə gətirirəm…

Ömür boyu borcluyam, ömür boyu borcluyuq!

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

Xatirəsi, ruhu daim bizimlədir və bizimlə olacaq!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Zapororojye AES-dəki vəziyyətlə bağlı fövqəladə iclas keçiriləcək-BMT-DƏ

Read Next

Orxan Mürsəlov Gədəbəyin yeni icra başçısı-TƏYİN EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir