Ailənin beş övladından, beş qardaşdan biri, ali təhsilli, peşəkar hərbçi, polkovnik-leytenant, iki övladı Vətənə əmanət qalan-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ATƏM VAQİF OĞLU ƏLİYEV… – FOTOLAR

Atəm Vaqif oğlu Əliyev…

Ağdaşın İkinci Vətən Müharibəsi Şəhidlərindən, Azərbaycanın Qəhrəman, İgid övladlarından biri…

Vətən sevdalısı, cəmi 38 yaşında Vətəni, Qarabağı uğrunda göz qırpmadan canını fəda edən Nur üzlü Şəhidimiz…

Atəm Əliyev 1982-ci ilin dekabr ayının 16-da Ağdaş rayonunun Abad kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin beş övladından, beş qardaşdan biri, evin böyük oğlu olub…

2000-ci ildə atasını vaxtsız və erkən itirib…

Həmin vaxtdan anası ona və qardaşlarına həm analıq, həm də atalıq edib…

Əvvəlcə Abad kənd orta məktəbində oxuyub, sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib…

Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə (AHİM) daxil olub və 2004-cü ildə ali hərbi təhsilini bitirib…

Həmçinin, Silahlı Qüvvələrin Təlim-Tədris Məkrəzində (TTM) kurs oxuyub və ali təhsilli-peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyətə başlayıb…

Polkovnik-leytenant rütbəsinəcən yüksəlib…

Aprel döyüşlərinin iştirakçısı olub…

Və bir Vətən sevdalısı, peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Şərəfli döyüş yolu 5 gün çəkib və oktyabrın 2-də Kəlbəcər-Murovdağ istiqamətində Şəhidlik məqamına ucalıb…

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb…

Nəşi yalınız 3 ay 23 gündən sonra əldə edilib və 2021-ci ilin yanvar ayının 25-də Abad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

O, həm də Abadın üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir…

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla, o cümlədən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Atəm Əliyev həm də ailəli, iki övlad atası olub…

Oğlu atası Vaqif kişinin adını daşıyır, 10-cu sinifdə oxuyan qızının isə adı Nuraydır…

Bu yerdə qeyd edim ki, 16 may-2023-cü il tarixində, axşam saatlarına yaxın Ağdaş rayonunda Şəhidimizin qardaşı Rahib Əliyevə məxsus restoranda-istirahət məkanında Rahib bəylə tanış olduq…

Bizi Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüsenzadənin anası Arzu Hüseynova tanış etdi…

Rahib Əliyevlə söhbətləşdik, hal-əhvallaşdıq…

Ona, Şəhidimizin ailəsinə, doğmalarına Allahdan səbr dilədik…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Və söz verdik ki, növbəti-üçüncü doğum günündə onları-Şəhidimizin ailəsini, ocağını ziyarət edəcəyik…

Məqamı Uca, ruhu şad olsun-Şəhidimizin!

Nur içində uyusun-Vətən sevdalısı Atəm Əliyev!

Xatirəsi daim qəlblərdə, qəlbimizdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından, əkiz qardaşdan biri, üç medal və bir ordenli-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ASİF ABIŞIOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: BU GÜN ONUN 31 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir