Mirlətif Mirislam oğlu Ağayev…
İkinci Qarabağ Müharibəsində qanı, canı ilə Dastan yazan Azərbaycan oğullarından biri…
İgid, Qəhrəman, Qorxmaz, Cəsur, Vətən sevdalısı Azərbaycan övladı…
Nur üzlü İkinci Qarabağ Savaşı Şəhidi…
Mirlətif Ağayev əslən Cəlilabad rayonunun Ləkin kəndindən olsa da, ailəsi-valideynləri ilə birlikdə Göytəpə (keçmiş Prişib) qəsəbəsində yaşayıb…
1990-cı ilin 20 noyabr tarixində həkim ailəsində dünyaya gəlib…
Ailənin beş övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…
Orta məktəbi Göytəpə qəsəbəsində oxuduqdan sonra ailə təhsilə yiyələnib, Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakütltəsində oxuyub, mərhum atası kimi diş həkimi-stomatoloq olub…
Ali təhsilini bitirdikdən sonra, 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub…
Ona Leytenant hərbi rütbəsi verilib…
Həqiqi hərbi xidmətini bitirdikdən sonra stomatoloq kimi fəaliyyətə başlayıb, özəl stomatoloji klinika açıb…
2016-cı ildə atasını itirib…
Və atasının ölümü ona çox təsir edib…
Hər dəfə atasının məzarını ziyarət zamanı deyərmiş ki, “ən rahat olduğum yer buradır, atamla dərdləşəndə, danışanda rahat oluram… Və ən xoşbəxt olduğum gün isə atama qovuşacağım gün olacaq…”
2020-ci ilin 21 sentyabr tarixində isə hərbi səfərbərliyə cəlb olunub…
Və 27 sentyabr tarixindən də döyüşlərə atılıb…
Şərəfli döyüş yolu bir aya yaxın çəkib…
Cəbrayıl, Füzuli, Qubadlı istiqamətlərində döyüşüb, yaralı Əsgər və zabitlərimizə tibbi yardım edib…
Şəhidliyindən bir gün, cəmi saatlar öncə ailə üzvləri, anası Təyibə xanım ilə danışıb…
Ən axırıncı, sonuncu dəfə isə 25-i günü axşam saatlarında anası ilə əlaqə saxlayıb və deyib ki, “mənə zəng etməyin, 2-3 gün danışa bilməyəcəyəm, yuxarıya doğru gedirik”…
Və oktyabrın 26-da Qubadlı istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Şəhidlik xəbəri ailəsinə bir gün sonra, oktyabrın 27-də verilib…
Ancaq nəşi noyabrın 7-də tapılıb və ailəsinə təhvil verilib…
Və elə həmin gün Ləkin kənd qəbiristanlığında-atasının yanında Əbədiyyətə uğurlanıb…
O, həm də Ləkin kəndinin yeganı İkinci Vətən Müharibəsi Şəhididir…
30 yaşında Şəhidlik məqamına ucalan Mirlətif həm də nişanlı olub…
Arzuları da, xəyalları ömrü kimi yarım, yarımçıq qalıb…
Bəyliyi ağ kəfəni olub…
Şəhidliyindən sonra 4 medalla-“Vətən uğurunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…
***
14 iyul 2023-cü il tarixində axşam saatlarına yaxın Goranboylu İknci Vətən Müharibəsi Şəhidi İxtiyar Əliyevin valideynləri və xanımı ilə birlikdə Şəhidimizin Abşeron Gənclər şəhərciyində yaşayan anası Təyibə xanımı və bacısı Sevinc xanımın ailəsini ziyarət etdik…
Onlara, Şəhidimizin anasına Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Ruhu qarşısında baş əydiyimizi söylədik…
Söhbətləşdik, dərdləşdik, zaman-zaman kövrək anlar yaşadıq…
Şəhidimizin 30 illik qısa, lakin şərəfli ömür yoluna birlikdə nəzər saldıq…
Əsl Qəhrəman, əsl Şəhid ömrü…
Əsl Qəhrəman, əsl Şəhid həyat yolu…
Hər anı Dastan olan bir ömür…
Məqamı Uca, dərgahı mübarək olsun!
Nur içində yatsın!
Fəxrimiz, Qürurumuz, Baş tacımızdır!
Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, Mirlətiflər də var olacaq, mənən, ruhən yaşayacaqlar!
***
FOTOLAR:







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az