Ailənin beş övladından biri olan, iki övladı Vətənə əmanət qalan ali-hərbi təhsilli, polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun-SABAH ANIM GÜNÜDÜR, ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 6 İL ÖTÜR… – FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant, Biləsuvarlı İkinci Vətən Müharibəsi Şəhidi Orxan Nadir oğlu Əkbərovun Anım Günüdür.

Sabah-6 oktyabr 2026-cı il tarixində Orxan Əkbərovun Əbədiyyətə uğurlanmasından 6 il ötür.

Qeyd edim ki, əslən Biləsuvarlı olan Orxan Əkbərov 1982-ci ilin dekabr ayının 12-də Saatlı şəhərində-ziyalı ailəsində dünyaya gəlib…

Ailədə beş övlad-bir bacı və dörd qardaş olublar…

Ataları-polis mayoru Nadir kişini illər öncə-2007-ci ildə itiriblər…

Orxan 1989-1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məкtəbdə, 1997-1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məкtəbdə təhsil alıb…

Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə (AAHM) daxil olub və oranı bitirib…

Həyatını Ordu, hərb ilə bağlayıb…

Ali təhsilli, peşəkar hərbçi kimi Azərbaycan Ordusunun polкovniк-leytenantı olub…

Orxanın qardaşı, bir neçə medallı Ənvər Əkbərov da Azərbaycan Ordusunun ali təhsilli peşəkar hərbçilərindəndir və hazırda polkovnik-leytenant rütbəsini daşıyır…

Aprel döyüşlərinin iştirakçılarından olan Orxan Əkbərov İkinci Vətən Müharibəsinin də ilk saniyələrindən Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu Füzuli uğrunda gedən döyüşlərdə yarımçıq qalıb, oktyabr ayının 2-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi dörd gün sonra, oktyabrın 6-da Biləsuvar şəhər qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub…

O, həm də ailəli olub…

İki övladı-Çingizi və anasının adını daşıyan Sevili ailəsinə, Vətənə əmanət qalıb…

Biləsuvarda adını daşıyan küçə var.

Onu da qeyd edim ki, Orxanın iki qardaşı-Taleh Əkbərov 2024-cü ilin yazında, Elnur Əkbərov isə 2024-cü ilin payızında çox vaxtsız şəkildə dünyalarını dəyişiblər…

Əkbərovlar ailəsi son 6 ildə üç itki, üç acı yaşayıb…

Taleh Əkbərov ailəli, Elnur Əkbərov isə subay idi.

***

Həmçinin qeyd edim ki, bu gün-5 oktyabr 2026-cı il tarixində, günorta saatlarında Biləsuvarlı Şəhid Məhəmməd Məmmədovun atası Bilal Məmmədovla birlikdə Şəhidimizin və qardaşlarının uyuduqları Biləsuvar şəhər qəbiristanlığına və onların məzarlarına baş çəkdik.

Ruhları qarşısında baş əydik və ruhlarına dualar etdik.

Xatirə fotoları çəkdirdik.

Hər üçünün də-Orxan Əkbərovun da, Taleh Əkbərovun da, Elnur Əkbərovun məkanları cənnətlik, məqamları Uca olsun!

Nurlar içində yatsınlar!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Onun günüdür…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Ailənin üç övladından biri, ailəli, üç övlad atası idi… Ali-hərbi təhsilli, Baş leytenant, Xüsusi Təyinatlıydı… Oktyabrın 5-də Şəhadətə qovuşdu, “Qarabağ” ordeni ilə təltif edildi – Üç qardaşdan biri, subayıydı…Qardaşı da, özü də peşəkar hərbçi, Giziriydi…Hər üçü də İkinci Vətən Müharibəsində iştirak etdi, qardaşının biri Qazi, özü isə Şəhid oldu-BU GÜN ANIM GÜNLƏRİ OLAN KAMRAN KAZIMOV VƏ CƏMİL HƏŞİMLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir