Ailənin beş övladından biri və sonbeşiyi idi, oktyabrın 20-da Şəhid oldu, nəşi 40 gün sonra-30 noyabrda Əbədiyyətə uğurlandı… Səməd Vurğunun əmisi nəvəsi, üç qardaşdan biri, 8 ilin hərbçisi, ailəliydi, döyüş yolu 3 gün çəkdi, ancaq nəşi 7 ay 9 gündən sonra tapıldı-BU GÜN MÖVLUDU OLAN ADİL RZAYEV VƏ SABAH 38 YAŞI TAMAM OLAN ELMƏDDİN VƏKİLOV – FOTOLAR

Əslən Xızılı-Ağdərəli olan, Qobustanın Hilmilli kəndində dünyaya gələn və Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (“Nasosnı”) qəsəbəsində yaşayan İkinci Vətən Müharibəsi Şəhidi Adil Akif oğlu Rzayevin doğum günüdür.

Bu gün-20 avqust 2026-cı il tarixində Adil Rzayevin 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Adil Rzayev 1999-cu ilin may ayının 10-da anadan olsa da, kimliyində 20 avqust 1999-cu il yazılıb…

2005-2016-cı illərdə orta təhsil alıb.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2017-2019-cu illərdə Goranboy istiqamətində yerləşən hərbi hissələrdən birində həqiqi hərbi xidmət keçib…

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, özəl şirkətlərdən birində fəhlə işləyib…

İkinci Vətən Müharibəsi başlamazdan 6 gün öncə, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub…

Füzuli-Xocavənd istiqamətində döyüşlərdə iştirak edib…

Oktyabr ayının 20-də isə Xocavənd istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq uzun müddət Şəhidin nəşini əldə etmək mümkün olmayıb…

Noyabr ayının 29-da Adilin Şəhidliyi təsdiqlənib və həmin gün ailəsinə, böyük qardaşına-Rəşada xəbər verilib…

Bir gün sonra, ayın 30-da isə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Adil həm də ailənin 5 övladından biri, evin sonbeşiyi subay olub…

***

Sabah-21 avqust 2026-cı il tarixində isəəslən Qazax və Qərbi Azərbaycanlı, özüDaşkəsənli olan Elməddin Nizami oğlu Vəkilovun Cənnətdəki altıncı doğum günü, mövlududur.

Elməddin Vəkilovun sabah 38 yaşı tamam olur.

 Qeyd edək ki, Elməddin Vəkilov 1988-ci ilin 21 avqust tarixində dünyaya göz açıb…

Ailəninin üç oğlan övladından biri və evin ortancılı olub…

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

2013-cü ildən, 25 yaşından isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

8 ilə yaxın Orduda peşəkar hərbçi kimi fəaliyyət göstərib…

2020-ci ilin sentyabr ayının 27-dən isə İkinci Vətən Müharibəsinə, qanlı döyüşlərə qatılıb…

Şərəfli döyüş yolu cəmi 3 gün çəkib…

Sentyabrın 29-da Kəlbəcər-Murovdağ istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Amma Onun da uzun müddət nəşini tapmaq mümkün olmayıb…

Nəşi yalnız 7 ay 9 gündən sonra əldə edilib…

2021-ci ilin may ayının 8-də Daşkəsən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub…

O, həm də evli olub…

Şəhidliyindən cəmi bir il öncə ailə həyatı qursa da, övladı olmayıb…

Atasını isə Şəhidliyindən 2 il öncə itirib…

Elməddin eyni zamanda, məşhur Vəkilovlar nəslindən, Xalq şairi Səməd Vurğunun əmisi nəvəsi olub.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Etikxeber.az

Read Previous

Şəhid anası bu dəfə nazir Anar Əliyevə müraciət etdi: “TƏK OĞLUNU ŞƏHİD VERMİŞ, HƏYAT YOLDAŞINI İTİRMİŞ XƏSTƏ, YAŞLI ŞƏHİD ANASINI MƏNZİLLƏ TƏMİN ETMƏK BU QƏDƏRMİ ÇƏTİN VƏ DƏHŞƏTLİDİR?…3 VƏ YA 4 OTAQLI MƏNZİLLƏR BALALARIMIZDAN BU QƏDƏRMİ DƏYƏRLİDİR?…KAŞ BALAM SAĞ OLAYDI…”

Read Next

“Söz vermişdin ki, 26 yaşında evlənəcəyəm…Sənə 26 yaşında toy edəcəkdik…Niyə sözünü tutmadın, niyə bizləri gözləri yaşlı qoyub getdin?…”-Bərdənin ilk İkinci Vətən Müharibəsi Şəhidi Turqut Zeynalovun 30 yaşının tamamında-MƏZARI ZİYARƏT OLUNDU, VƏTƏN NAMİNƏ FƏDAKARLIĞINDAN BƏHS EDİLDİ, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir