Ailənin dörd övladından biri, üç övlad atası, peşəkar hərbçi, Xüsusi Təyinatlı-VƏTƏN SEVDALISI-QAZİ XƏZƏR SƏRDAR OĞLU ABDULLAYEV… – FOTOLAR

Cəmi saatlar öncə, dünən-13 aprel 2023-cü il tarixində, axşam saatlarında daha bir İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımızla tanış oldum…

Daha bir İkinci Vətən Müharibəsi iştirakçımızla, Qazimizlə bir araya gəldim…

Hər zaman Şəhid ailələrinin, Qazilərin, Vətən sevdalılarının yanında olan “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin təşkil etdiyi iftar mərasimində, iftar süfrəsində əfsanəvi Xüsusi Təyinatlılarımızdan olan Xəzər Abdullayevlə həm tanış oldum, həm də söhbətləşdim…

Onunla tanışlığımızdan, bir araya gəlməyimizdən də çox razı və məmnun qaldım…

Səmimi, sadə, sakit, təvazökar, mehriban, mədəni, Qəhrəman, Qazi adını tam Haqq edən bir Vətən oğludur Xəzər…

Xəzər Sərdar oğlu Abdullayev əslən Qarabağlı, Şuşalıdır…

1989-cu iln 18 iyun tarixində Qarabağımızın göz bəbəyi, dilbər guşəsi Şuşa şəhərində dünyaya gəlib…

Ailənin dörd övladından, üç qardaşdan biri olub…

Şuşanın işğalından sonra ailəsi birlikdə məcburi köçkün həyatı yaşayıb…

Qarabağının, doğma Şuşasının, Vətən torpaqlarının işğalı onu daim narahat edib, onu düşmənə qarşı daha da üsyankar və barışmaz edib…

Və Vətənini, Qarabağını, Şuşasını düşmən işğalından azad etmək hərbçi olmaq qərarını verib…

Orta məktəbi bitirdikdən sonra, 2007-ci ildə Əsgərliyə, həqiqi hərbi xidmətə yolanıb…

2008-ci ildən isə həyatını birdəfəlik Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyətə başlayıb…

Peşəkar hərbçi, Xüsusi Təyinatlı kimi Aprel döyüşlərində iştirak edib…

Eyni zamanda, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən Vətəninin, Qarabağının düşmən işğalından azad edilməsi üçün döyüşlərə atılıb…

Cəbrayıldan Laçınacan şərəfli döyüş yol keçib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb döyüş yoldaşları ilə…

Cəbrayıl istiqamətində döyüşlərindən birində ağır yaralanıb…

Müalicə-müayinədən keçib…

İkinci qrup əlillik dərəcəsi alıb…

Qazimiz Ali Baş Komandan tərəfindən “Cəbrayılın azad olunmasına görə”, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Bununla yanaşı, İkinci Vətən Müharibəsindən öncə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medallarına və “Qüsursuz xidmət” medalına layiq görülüb…

Vətən sevdalısı Xəzər həm də ailəlidir…

Üç övlad-iki qız, bir oğlan atasıdır…

Xəzər hazırda işsizdir və Şəhid ailələrinin, Qazi həmkarlarının, Vətən sevdalılarının yanındadır…

Allah qorusun!

Böyük Yaradan həm özünü, həm də ailəsini qorusun!

Qürurumuz, Fəxrimizdir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qədim Qəbələ”də iftar mərasimi-“DƏMİR YUMRUQ” “BOBO CONSTRUCTİON” VƏ “TRİUMF PALACE”-NİN DƏSTƏYİ İLƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİ İFTAR SÜFRƏSİNDƏ BİR ARAYA GƏTİRDİ…- FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Sıxlıq olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir