Ailənin iki oğlan övladından biri, ali təhsilli, subay, Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-BAXIŞ RƏHİMLİNİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ, 29 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT EDİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Baxış İlqar oğlu Rəhimlinin doğum günüdür.

Bu gün-19 fevral 2025-ci il tarixində Baxış Rəhimlinin 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı Şəhidin Bala Qacar kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Çıxışlarda Şəhidin 24 illik qısa, lakin şərəfli ömür yolundan, Vətənsevərliyindən, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Ailəsinə-valideyinlərinə Allahdan səbr və dözüm arzulanıb, Şəhidin Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Sonra ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.

Etikxeber.az xəbər verir ki, Baxış Rəhimli 1996-cı ilin fevral ayının 19-da Bərdə rayonunun Bala Qacar kəndində-ziyalı ailəsində dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

Ali təhsilli qardaşı hazırda ailəli, bir övlad atasıdır.

Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Türkiyənin Kastamonu İqtisad Universitetində oxuyub, ali təhsilə yiyələnib.

Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına cəmi 4 gün qalmış İkinci Vətən Müharibəsi başlayıb.

Azərbaycan Ordusunun Əsgər kimi müharibəyə qatılıb, uzun və şərəfli döyüş yolu düz 43 gün çəkib.

Füzulidən Şuşayacan döyüş yolu keçib.

Axırıncı dəfə qardaşı ilə noyabrın 7-də, atası ilə noyabrın 9-da danışıb.

Və elə həmin gün-noyabrın 9-da, Şuşa şəhəri azad edildikdən bir gün sonra, Qələbəyə cəmi saatlar qalmış Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 10-da Bərdənin Bala Qacar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən 4 medal-“Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Baxış həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 29 yaşı mübarək olsun!

Nur içində uyusun!

14:38

***

FOTOLAR:

15:45

***

16:10

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Temperatur mənfi 3 dərəcəyə düşəcək-XƏBƏRDARLIQ EDİLDİ

Read Next

“Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir…”-AZƏRBAYCAN PREZİDENTİ BU SÖZLƏRİ XOCALILARLA GÖRÜŞÜNDƏ DEDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir