Ailənin iki oğlan övladından biri, kollec təhsilli-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZİYAD ZƏRBALIYEVİN BU GÜN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR…

Şamaxı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ziyad Nəriman oğlu Zərbalıyevin doğum günüdür.

Ziyad Zərbalıyevin bu gün-19 may 2025-ci il tarixində 23 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ziyad Zərbalıyev 2002-ci il mayın 19-da Şamaxı şəhərində dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar…

Ziyad həm də evin-ailənin sonbeşiyi idi…

2008-2017-ci illərdə S.M.Qənizadə adına 1 saylı Şamaxı şəhər tam orta məktəbində oxuyub…

Sonra, 2017-2019-cu illərdə təhsilini Şamaxı Dövlət Regional Kollecində davam etdirib…

İkinci Vətən Müharibəsində isə bir neçə ayın Əsgəri kimi iştirak edib…

Şərəfli döyüş yolu 24 gün çəkib…

2020-ci ilin oktyabr ayının 20-də isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 2 gün sonra, oktyabrın 22-də Şamaxı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…

O, həm də subay olub.

Şamaxıda adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu yollarda sıxlıq və tıxacdır-NƏZƏRƏ ALIN!

Read Next

Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir