Ailənin iki oğlan övladından biri olan, cəmi 18 yaşında Şəhidlik məqamına ucalan-FƏRİD MƏHƏRRƏMOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bakı şəhərinin (həm də Zəngilan rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid Asif oğlu Məhərrəmovun doğum günüdür.

Bu gün Fərid Məhərrəmovun 22 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Zəngilan rayonunun Cahangirbəyli kəndindən olan Fərid Məhərrəmov 2002-ci ilin fevral ayının 8-də Bakı şəhərində dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri olub.

O, həm də subay idi.

Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub.

Bu idman növündə bir neçə fəxri adlar alıb.

2018-ci ildə Gürcüstanda keçirilən yarışlarda erməniyə qalib gələrək 1-ci yerə layiq görülüb

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində bir neçə ayın Əsgəri kimi iştirak edib.

İkinci Vətən Müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanınında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 22 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İlham Əliyev bundan sonra Azərbaycanı daha güclü dövlətə çevirəcək və öz ali missiyası ilə bütün türk dövlətlərinin birliyinə nail olacaq”-SABİR RÜSTƏMXANLI İLHAM ƏLİYEVİ TƏBRİK ETDİ

Read Next

Fevralın 17-dək prezident seçkilərinə yekun vurularaq nəticələri Konstitusiya Məhkəməsinə-TƏQDİM EDİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir