Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elnur Etibar oğlu Əhmədovun doğum günüdür.
Elnur Əhmədovun sabah, 21 iyun 2024-cü il tarixində 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günüdür.
Etikxeber.az xəbər verir ki, Elnur Əhmədov Ağdaş rayonunun Pirəzə kəndində dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
Tək və böyük qardaşı hazırda ailəli, bir övlad atasıdır.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, 2020-ci ildə evinə-ailəsinə dönüb.
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub.
6 gün sonra, 27 sentyabr tarixində isə İkinci Vətən Müharibəsinə qatılıb.
Və müharibənin ilk günlərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi uzun müddətdən sonra tapılıb və noyabr ayının 30-da Pirəzə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
20 yaşında Şəhidlik məqamına ucalan Elnur həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 24 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az