Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun Kələntərli kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəcəb Elşən oğlu Qurbanovun Əbədiyyətə uğurlanmasından üç il ötür, bu gün onun Anım Günüdür.
Etikxeber.az xəbər verir ki, Rəcəb Qurbanov 2001-ci ilin yanvar ayının 1-də Kələntərli kəndində sadə bir ailədə dünyaya gəlib…
Ailənin iki övladından, iki qardaşdan biri olub…
Orta məktəbi bitirdikdən, 18 yaşını başa vurduqdan sonra-2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb, Cəlilabad rayonunda yerləşən və Xüsusi Təyinatlı Qüvvələrə aid olan “N” saylı hərbi hissədə xidmət edib və hərbi xidmətdə olarkən həyatını Ordu, hərb ilə bağlamaq qərarını verib.
İki aylıq kurs keçib və Əsgərliyini başa vurduqdan sonra, 2020-ci ilin iyulundan isə Xüsusi Təyinatlı Qüvvələrdə Baş kəşfiyyatçı-Baş çavuş kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən Xüsusi Təyinatlı kimi döyüşlərə atılıb, Kələbəcər-Murovdağ və Füzuli-Cəbrayıl istiqamətlərində döyüşüb və oktyabr ayının 5-də Cəbrayıl rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, oktyabrın 6-da Kələntərli kənd Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən öncə “Şücaətə görə” medalı, Şəhidliyindən sonra isə “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…
Hazırda Bərdə rayonunun mərkəzi küçələrindən biri Rəcəb Qurbanovun adını daşıyır…
Rəşad həm də subay olub…
O, eyni zamanda, Kələntərli kəndinin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir…
Tək qardaşı da hazırda həqiqi hərbi xidmətdədir.
***
Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət ediləcək, ruhuna dualar oxunacaq.
Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.
Məkanı cənnətlik olsun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





