Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm Bakı şəhərinin, həm də Ağsu rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Habil oğlu Müslümovun doğum günüdür.
Elşən Müslümovun bu gün-2 sentyabr 2026-cı il tarixində 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Ağsu rayonunun Kalva kəndindən olan Elşən Müslümov 1995-ci ilin 2 sentyabr tarixində Bakı şəhərinin Yasamal rayonunda dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri olub.
Təhsilini 2002-2011-ci illərdə 286 saylı tam orta məktəbdə alıb.
2011-ci ildə Bakı Humanitar Kollecinin “Turizm və otellərin idarə olunması” fakultəsinə daxil olub.


Uşaq yaşlarından karate ilə məşğul və müəllimi dünya çempionu Eduard Məmmədov olub.
Kolleci bitirdikdən sonra, 2014-cü “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
Nümunəvi hərbi xidməti zamanı Çavuş rütbəsi ilə təltif edilib, həm manqa komandiri, həm də məxfi rabitəçi olub.
Təlimlər zamanı atıcılıq üzrə yüksək yer tutub.
Hərbi xidmətini 2016-cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurub.
Sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub, 6 gün sonra isə İkinci Vətən Müharibəsinə qatılıb.
Şərəfli döyüş yolu 12 gün çəkib və 8 oktyabr tarixində Suqovuşan istiqamətində Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 11 gün sonra Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla və 2026-cı ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də ailəli, bir övlad-qız atası olub.
Abşeron rayonunun Hökməli kəndində Şəhidin adını daşıyan küçə var.
***
Bu gün həm də Mingəçevirli tək övlad Elmar İbrahimovun Cənnətdəki altıncı doğum günü, mövlududur.
Ata tərəfdən Qərbi Azərbaycanlı, ana tərəfdən isə Ağdamlı olan Elmar İbrahimovun bu gün 28 yaşı tamam olur.
1998-ci ilin sentyabr ayının 2-də dünyaya gələn Elmar İbrahimov 2020-ci ilin okyabr ayının 6-da Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Amma nəşini 10 gün sonra, oktyabrın 16-da tapmaq mümkün olub və nəşi elə həmin gün Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Elmar həm də evin tək-yeganə və subay övladı olub.
Atasını da Şəhidliyindən illər öncə itirib.

Şəhidliyindən sonra medallarla və bu ilin yayında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Hazırda anası Ümmü xanım tək-təhna yaşayır.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





