Ailənin iki övladından, iki qardaşdan biri və bu gün Cənnətdəki altıncı doğum günü, 24 yaşı tamam olan-SUMQAYITLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, XÜSUSİ TƏYİNATLI SƏBUHİ HƏSƏNQULİYEV…

Həm Sumqayıt şəhərinin, həm də Ucar rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Əlixan oğlu Həsənquliyevin doğum günüdür.

Bu gün-11 aprel 2026-cı il tarixində Səbuhi Həsənquliyevin 24 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az ki, Səbuhi Həsənquliyev 11 aprel 2002-ci il tarixində Ucar rayonunun Boyat kəndində dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li məktəbində birinci sinifə gedib.

2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək Peşə liseyinə daxil olub.

2020-ci ildə Peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Azərbaycan Ordusunun-Xüsusu Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri kimi 2020-ci ilin sentyabr ayının 27-dən İkinci Vətən Müharibəsinə qatılıb.

Şərəfli döyüş yolu uzun çəkib və 2020-ci ilin noyabrında Şuşa uğrunda ağır döyüşlərdən birində Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi Sumqayıt Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla və ordenlə təltif olunub.

Sumqayıtda adını daşıyan küçə var.

Səbuhi həm də subay olub.

Qeyd edək ki, Şəhidin anası Maisə xanım ötən 6 ilə yaxın müddət ərzində yüzlərə Şəhidə həsr olunmuş şeir yazıb və şeirlərindən bəzilərinə musiqi, mahnı bəstələnib.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və subay oğlu-FUAD XANKİŞİYEVİN SABAH CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, 30 YAŞI TAMAM OLUR…

Read Next

Yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir