Ailənin iki övladından, iki qardaşdan biri və subay idi…Peşəkar hərbçi, Giziriydi, sülhməramlı kimi Əfqanıstanda xidmət etmişdi, Türkiyə Prezidenti tərəfindən gümüş saat hədiyyə edilmişdi…İkinci Vətən Müharibəsində isə qəhrəmancasına Şəhid oldu-BU GÜN ANIM GÜNÜ OLAN TƏRTƏRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD MİRZƏLİ – FOTOLAR

Tərtər rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Hafiz oğlu Mirzəlinin Anım Günüdür.

Rəşad Mirzəlinin bu gün-2 oktyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından 6 il keçir.

Etikxeber.az xəbər verir ki, Rəşad Mirzəli 1995-ci ilin 26 may tarixində Tərtər rayonunun Hacıqərvənd kəndində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri və evin sonbeşiyi olub…

2001-2012-ci illərdə orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən sonra-2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmət zamanı Azərbaycan Ordusunun sülhməramlı qüvvələrinin sırasında 6 ay qulluq edib…

Sonra isə digər Əsgər yoldaşları ilə birlikdə könüllü olaraq xidmətini Əfqanıstanda davam etdirib.

Əfqanıstanda göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşəkkürnamə ilə təltif olunub, həmçinin, Prezident ona gümüş saat hədiyyə edib…

Hərbi qulluq müddətini başa vurduqdan sonra Azərbaycana qayıdan Rəşad Mirzəli Azərbaycan Silahlı Qüvvələrinin sırasında müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) başlayıb…

Müqaviləsi başa çatdıqdan sonra Mingəçevir Turizm Kollecinə daxil olub və təhsilini davam etdirərkən sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Gizir Hazırlığı Kursuna təqdim edib…

Kursu bitirdikdən sonra isə Goranboyda yerləşən “N” saylı hərbi hissədə Gizir kimi fəaliyyətə başlayıb və nümunəvi, intizamlı olduğu üçün onu tağım komandirinin müavini təyin ediblər…

İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüş meydanına atılıb…

Rəşad və onun döyüş yoldaşları Murov yüksəkliyi, Tərtərin Talış kəndi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirib…

Sonrakı istiqamət Suqovuşan olub və Rəşad Mirzəli oktyabrın 1-də, 25 yaşında Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…

Ailəsi-atası ilə də sonuncu dəfə Şəhidliyindən bir gün öncə, sentyabrın 30-da danışıb…

Nəşi bir gün sonra, oktyabrın 2-də Hacıqərvənd kənd qəbiristanlığında torpağa tapşırılıb….

Şəhidliyindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 25 iyun 2026-cı il tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…

Anası Afidə xanım isə övladının həm də “Azərbaycan Bayrağı” ordeni və ya “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyir.

Rəşad həm də subay olub.

O, eyni zamanda, Hacıqərvəndin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Məkanı cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əbədiyyətə uğurlanmalarından 6 il ötən, Anım günləri olan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ-MAYOR, ÜÇ ÖVLAD ATASI İLKİN ƏHƏDZADƏ VƏ KAPİTAN, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN PƏRVİZ MƏMMƏDOV – FOTOLAR – YENİLƏNİB

Read Next

YAP-ın 8-ci qurultayı başa çatdı, 40 nəfərlik yeni İdarə Heyəti seçildi-“KÖHNƏLƏR”DƏN İSƏ 5 NƏFƏR KƏNARDA QALDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir