Ailənin səkkiz övladından biri və evin sonbeşiyi olan, 1993-cü ildə 20 yaşında Şəhidlik məqamına ucalan-QƏRBİ AZƏRBAYCANLI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ ZÜLFÜQAR ƏLİ OĞLU İSMAYILOVUN BU GÜN 50 YAŞI TAMAM OLUR… – FOTOLAR

Bu gün-20 avqust tarixi daha bir Şəhidimizin doğum günü, mövlududur…

Daha bir Nur üzlü Şəhidimizin Cənnətdəki doğum, ad günüdür…

Əslən Qərbi Azərbaycandan, Göycə mahalından, Basarkeçərdən olan Birinci Qarabağ Savaşı Şəhidi Zülfüqar Əli oğlu İsmayılovun bu gün 50 yaşı tamam olur…

Bu gün Zülfüqar İsmayılovun Onsuz qeyd edilən, anılan 50 illik yubiley doğum günüdür…

Zülfüqar İsmayılov 1973-cü ilin avqust ayının 20-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) Göycə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin 8 övladından biri, evin sonbeşiyi olub…

Ailədə 6 bacı, 2 qardaş olublar…

Orta məktəbə Böyük Məzrədə getsə də, təhsilini sonra Gəncə şəhəri 13 saylı tam orta məktəbdə davam etdirib…

1988-ci ildə məlum Qarabağ hadisələri ilə bağlı Ermənistandan, öz doğma yurd yerlərindən qaçqın, didərgin düşüblər, Gəncə şəhərinə pənah gətiriblər…

1992-ci ildə isə həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Ordusunun Əsgəri kimi Birinci Qarabağ Savaşında, döyüşlərdə iştirak edib…

Və 10 ayın Əsgəri kimi 1993-cü ilin fevral ayının 12-də Ağdərə istiqamətində Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, 13 fevral 1993-cü il tarixində Gəncə şəhərində-Səbiskar qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Zülfüqar həm də subay olub…

Ömrü kimi arzuları, xəyalları da yarımçıq qalıb…

***

Bu gün axşam saatlarında Şəhidin Mingəçevir şəhərində yaşayan bacısı Tamam İsmayılova tərəfindən Zülfüqar İsmayılovun 50 yaşının tamam olması, Cənnətdəki 30-cü doğum günü ilə bağlı çay-ehsan süfrəsi təşkil olunub…

Öncə Şəhidin Mingəçevir şəhərindəki bulağı ziyarət olunub…

Ruhuna dualar edilib…

Sonra isə Şəhid bacısının ailə üzvlərinin və qonşularının iştirakı ilə çay-ehsan süfrəsi təşkil olunub…

Qonşuları (aralarında Şəhid bacıları da var idi) Şəhid bacısına Allahdan səbr və dözüm arzulayıb, Zülfüqar İsmayılovun Cənnətdəki doğum gününü təbrik ediblər…

Məkanı cənnətlik, Cənnətdəki 30-cu doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyevlə Orban-GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

31 il öncə 31 yaşında Şəhidlik məqamına ucalan-ÜÇ QIZ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN AĞDƏRƏLİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ NADİR QARA OĞLU QASIMOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir