Ailənin tək oğlu, iki övladı Vətənə əmanət qalan, babasının adını daşıyan-BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VAQİF İSMAYILZADƏNİN BU GÜN 28 YAŞI TAMAM OLUR…

Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Vaqif Vüqar oğlu İsmayılzadənin doğum günüdür.

Ailənin iki övladından biri, evin tək və ailəli oğlu, hərbi polis, ata tərəfdən əslən Cəbrayıllı olan və babasının adını daşıyan Vaqif İsmayılzadənin bu gün 28 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, 1996-cı ilin noyabr ayının 6-da dünyaya gələn Vaqif İsmayılzadə 2002-2013-cü illərdə orta məktəbdə oxuyub.

18 yaşını tamamladıqdan sonra isə Əsgərliyə, Vətənin keşiyinə yollanıb.

Əsgərliyini başa vurduqdan sonra yenidən evinə-ailəsinə qayıdıb və son üç il ərzində, yəni, Şəhidliyinə kimi hərbi polisdə çalışıb.

Ana tərəfdən qohumu olan Samirə xanımla ailə həyatı qurub.

Atasının adını daşıyan Vüqarı və Renatı dünyaya gəlib.

Vüqar hazırda birinci sinifdə oxuyur, Renat isə uşaq bağçasına gedir.

İkinci Vətən Müharibəsinə qatılan Vaqif oktyabr ayının 21-də Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi beş gün sonra əldə edilib və 26 oktyabr tarixində Bahar qəsəbə qəbiristanlığında-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qardaşı Qazi, “Azərbaycan Bayrağı” ordenli olan-BƏRDƏLİ, XÜSUSİ TƏYİNATLI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELŞƏN MEHBALIYEVİN BU GÜN ANIM GÜNÜDÜR…

Read Next

İmişlili İkinci Vətən Müharibəsi Şəhidi, ailənin beş övladından biri, subay-ŞAİQ TEYMUROVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir