Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-axşam saatlarında, saat 17:00-da İmişli rayonunun Şahverdili kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar hərbçi, kapitan, Qərargah rəisi, ailənin iki övladından biri, evin tək oğlu, iki övladı Vətənə əmanət qalan Əsəd Fərhad oğlu Həsənova həsr olunmuş xatirəsi gecəsi keçirilib.
Xatirə gecəsi Nizami Kino Mərkəzində və Şəhid anası, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin rəhbəri Ceyran Həsənovanın təşkilatcılığı ilə baş tutub.
Etikxeber.az-ın xəbərinə görə, xatirə gecəsində Əsəd Həsənov haqqında çəkilmiş “Şahdağ, cavab ver” adlı filmin təqdimatı olub.
Filmin təqdimatından öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar edilib.
Ceyran Həsənova və digər çıxışçılar tarixi İkinci Vətən Müharibəsindən, Əsəd Həsənov və cəmi Şəhidlərin İgidliyi, Qəhrəmanlığı və Vətən naminə fədarkarlıqlarından bəhs ediblər.
Əsəd Həsənov və cəmi Şəhid ailələrinə Allahdan səbr və dözüm arzulayıblar.
“ONLAR YER ÜZÜNDƏKİ MƏLƏKLƏRDİR…”-Millət vəkili
Hər zaman Şəhid ailələrinin yanında olan millət vəkili Aydın Hüseynov Şəhidlərin ruhları və Şəhid ailələri qarşısında baş əydiyini bildirib.
O, eyni zamanda, Şəhid ailələrini, Şəhid analarını Yer üzündəki mələklər adlandırıb.
Millət vəkili qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı Əsəd Həsənov da daxil olmaqla, cəmi Şəhidlərə və onları böyüdüb boya-başa çatdıran, Vətən üçün yetişdirən Şəhid ailələrinə borcludur.
“Biz tarixi Qələbə və Zəfərimizə görə Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza, Şəhidlərimizə, Qazilərimizə borcluyuq. Biz Qalib ölkənin vətəndaşlarıyıq və bu Qələbəni təmin edən, bu Qələbəyə töhfələr verən Şəhidlərimizi, onların ailələrini heç zaman unutmamalıyıq”-deyə, sözlərinə əlavə edib.
Çıxışlardan sonra filmin təqdimatı olub.
Filmin təqdimatı zamanı təsirli, duyğulu, kövrək anlar yaşanıb.
Təqdimat-tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.
Filmin təqdimatından sonra isə Əməkar artist Aqşin Abdullayev, iki doğması İkinci Vətən Müharibəsi iştirakçısı olan Əməkdar artist Nuriyyə Hüseynova, tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, sprikpaç-müğənni Səlim Abbasov və digər sənətçilər Şəhidlərimizə, Vətənə və Zəfər yolumuza həsir olunmuş mahnılar ifa ediblər.
Xatirəsi gecəsi-təqdimat mərasiminin sonunda Şəhidin ailə üzvləri-anası Mələk Həsənova filmin çəkilməsində əməyi, zəhməti keçənlərə, eləcə də gecə-təqdimat iştirakçılarına öz minnətdarlıqlarını ifadə ediblər.
2 saatdan çox çəkən xatirə gecəsi-təqdimat mərasimində Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar və digər şəxslər iştirak ediblər.

19:55
***
FOTOLAR:

































20:27
***







20:55
***







21:30
***












22:20
***
















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





