Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şövqi Raqub oğlu İsmayılzadənin doğum günüdür.
Şövqi İsmayılzadənin bu gün 26 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Şövqi İsmayılzadə 1996-cı ilin fevral ayının 23-də Bərdənin Bəcirəvan kəndində sadə bir ailədə anadan olub.
Sövqi ailənin iki övladından biri, evin tək oğlu olub.
O, həm də ailəli, bir qız atası olub.
Şövqi İkinci Vətən Müharibəsinin 11-ci günündə, oktyabrın 7-də, Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.
Nəşi doğulub boya-başa çatdığı Bəcirəvan kənd qəbiristanlığında dəfn edilib.
***
Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.
Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.
Ziyarətdən sonra Şəhidin ailəsinin-valideynlərinin yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan veriləcək.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, çıxışlar ediləcək.
Məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü mübarək olsun!
Nur içində yatsın!
00:00



00:00
***
FOTOLAR:
ŞƏHİD ANALARI…ANALAR YANAR, AĞLAR…DƏRD VƏ QÜRUR ORTAQLARI…








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az