Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elşən Rövşən oğlu Kərimovun doğum günüdür.
Elşən Kərimovun bu gün 22 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Elşən Kərimov 2001-ci ilin 26 iyun tarixində, Milli Ordu Günündə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.
7 bacının tək qardaşı olub.
2007-2018-ci illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbdə təhsil alıb.
Orta təhsilli olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsi zamanı Azərbaycan Ordusun Əsgəri kimi müharibədə iştirak edib.
Müharibənin 20-ci günündə Füzuli istiqamətində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi oktyabrın 16-da Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Hazırda Qızılhacılı qəsəbəsində-ailəsinin yaşadığı küçə Onun adını daşıyır.
O, həm də subay olub.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı ata ocağında adına ehsan verilib.
Bir daha ruhuna dualar oxunub, bir daha Allahdan ailəsinə səbr arzulanıb, bir daha Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Eyni zamanda, mərasimdə Şəhidin adına hazırlanmış tort kəsilib.
Məzarını ziyarətdə və ehsan süfrəsində Goranboy və Naftalandan olan Şəhid ailələri, Qazilər, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
12:51
***
FOTOLAR:


















13:55
***







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





