Ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadə, evin tək oğlu Səid Ədilov və ali təhsilli, peşəkar hərbçi, Leytenant İbrahim Əliyevlə bağlı-ZABİTLƏR EVİNDƏ ANIM TƏDBİRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidləri-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən Elməddin Hüseynzadə, evin iki övladından biri, tək oğul Səid Həsən oğlu Ədilov və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qabıllı kəndindən olan, ailənin tək və subay oğlu, ali təhsilli, peşəkar hərbçi, Leytenant İbrahim Mustafa oğlu Əliyevin Həzi Aslanov adına Zabitlər Evində birgə anım tədbiri keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, təbdirdə Şəhidlərin valideynləri-Elməddin Hüseynzadənin anası Arzu xanım, Səid Ədilovun anası Əzizə xanım, atası Həsən kişi, bacısı Nərmin xanım, İbrahim Əliyevin valideynləri, yaxınları, o cümlədən Bərdədən, digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Zabitlər Evinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Saat 12:00-da başlayan tədbir iki saat davam edib.

Tədbir Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutlka yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Şəhidlərə aid fotolar, eyni zamanda, video-çarx(lar) nümayiş etdirilib.

Sonra çıxışlar başlayıb.

Hər üç Şəhidin valideynləri, eləcə də digər Şəhid yaxınları və başqa şəxslər çıxış ediblər.

Çıxışlarda adları çəkilən Şəhidlərin və cəmi Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından, onların tarixi Qələbə və Zəfərimizdəki rollarından, xidmətlərindən bəhs edilib.

Çıxışlar zamanı həm də təsirli, duyğulu anlar yaşanıb.

Daha sonra tədbirin bədii hissəsi başlayıb.

Bədii hissədə Zabitlər Evinin əməkdaşları tərəfindən Şəhidlərə, Vətənə aid mahnılar səsləndirilib.

Qeyd edək ki, Şəhid Elməddin Hüseynzadə 1998-ci ilin martın 24-də anadan olub və MAXE kimi İkinci Vətən Müharibəsində iştirak edib.

Müharibənin 3-cü günündə, sentyabrın 29-da qəhrəmancasına Şəhid olub və elə həmin Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

O, subay olub.

Bərdənin Cəyirli kəndindən olan Şəhid Səid Ədilov 1994-cü ilin noyabın 5-də dünyaya gəlib.

O da müharibədə könüllü olaraq, iştirak edib və oktyabrın 2-də Şəhidlik məqamına ucalıb.

Lakin nəşi uzun müddət tapılmayıb, yalnız 61 gündən sonra əldə edilib və 3 dekabr 2020-ci il tarixində Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

İki gün sonra, 17 fevral tarixində 25 yaş tamam olacaq İbrahim Əliyev isə müharibənin 4-cü günündə, sentyabrın 30-da Suqovuşan istiqamətində Şəhid olub və nəşi 67 gündən sonra əldə edilərək, 2020-ci ilin dekabrın ayının 7-də Qabıllı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Hər üç Şəhid Şəhidliklərindən sonra medallarla təltif olunublar.

Nur içində yatsınlar!

Məqamları Uca, məkanları cənnətlik olsun!

14:39

***

FOTOLAR:

TƏDBİR ÖNCƏSİ…

15:39

***

VƏ TƏDBİR SONRASI…ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…QAZİLƏR…VƏTƏN SEVDALILARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in 2022-ci il yaz sessiyasının 11 məsələdən ibarət olan-İKİNCİ PLENAR İCLASI…

Read Next

Daha 4687 yeni yoluxma-DAHA 28 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir