Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kənan Elman oğlu Səmədzadə…
Qəhrəman Goranboylu, Xan Qərvəndli…
Vətən sevdalısı Azərbaycan övladı…
Kənan Səmədzadə 1999-cu ilin 18 avqust tarixində Goranboy rayonunun ən iri kəndlərindən olan Xan Qərvənd kəndində-ziyalı ailəsində dünyaya gəlib…
Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşıdır…
Bacıları da ali təhsillidir…
2005-2016-cı illərdə Xan Qərvənd kənd tam orta məktəbində oxuyub…
Orta məktəbi bitirdikdən sonra, 2016-2020-ci illərdə Rəssamlıq Akademiyasında ail təhsil alıb…
Ali təhsilini başa vurduqdan sonra, 2020-ci ilin iyulunda Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb…
Və Azərbaycan Ordusunun, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…
Füzülidən, Cəbrayıldan, Hadrutdan Şuşayacan döyüş yolu keçib…
Döyüşüb, ölümlərdən dönüb…
Tarixi Qələbəmizdən, İkinci Vətən Müharibəsindən sonra isə Əsgərliyini davam etdirib və 2021-ci ilin iyulunda hərbi xidmətini başa vuraraq, evinə, ailəsinə qayıdıb…
Ölkə Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə”, o cümlədən “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görülüb…
Goranboy rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir əvəzidir…
25 yaşlı Kənan həm də subaydır.
***
Artıq iki aya yaxındır Vətən sevdalısı Kənanın səhhətində çox ciddi problemlər yaşanmaqdadır…
Və hazırda Bakı şəhərində yerləşən Baku Medical Plazada müalicə alır, həkim nəzarəti altındadır, reanimasiyadadır…
Günlərlə komada, tam hərəkətsiz vəziyyətdə qalıb…
Və hələ də səhhətindəki ciddi problemlər davam etməkdədir, hələ də yaşam mübarizəsi aparmaqdadır və Qazimizin yenidən sağlamlığına qovuşması üçün ciddi maliyyə dəstəyinə ehtiyac(lar)ı var…
Ailəsinin də maddi durumu artıq Kənanın müalicəsinin daha keyfiyyətlə şəkildə davam etdirilməsini qarşılamaq gücündə, imkanında deyil…
Və qeyd etdiyimiz kimi, Kənanın yenidən ayağa qalxması, müalicəsini davam etdirməsi üçün ciddi maliyyə dəstəyi lazımdır…
Ailəsi də ümid edir ki, dövlət səviyyəsində belə bir dəstək göstəriləcək və övladları öz sağlamlığına qovuşacaq.
***
Bu gün Goranboylu Şəhid bacıları-Əfsanə Qurbanova və Nərgiz Vəliyeva ilə birlikdə Qazimizi, ailəsini Baku Medical Plazada ziyarətə getdik…
Düzdür, obyektiv səbəblərdən-reanimasiyada olduğu üçün Kənanla görüşə bilmədik, ancaq doğmaları, valideynləri-anası Sitarə xanım və atası, keçmiş polis işçisi, Birinci Qarabağ Savaşı iştirakçısı, müharibə veteranı Elman Əvəzovla görüşdük…
Onlara ürək-dirək verməyə, mənəvi dəstək olmağa çalışdıq, Kənanla bağlı diləklərimizi çatdırdıq…
Allahdan səfa dilədik, Kənanın tezliklə öz sağlamlığına qovuşmasını arzuladıq…
Əlimizdən nə gəlirsə, gələ bilərsə…onu etməyə hazır olduğumuzu söylədik…
Böyük Yaradan özü köməyi, Yar və Yardımçısı olsun, Vətən sevdalısı Kənanın!
Tezliklə tam sağlamlığına qovuşsun, əvvəlki normal həyatına dönsün!
Amin!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az