Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
12 sentyabr 2024-cü il tarixində, səhər saatlarında Zaqatala rayonunun “Qisas” əməliyyatı Şəhidi, ailənin dörd övladından biri, evin tək və nişanlı oğlu, Əfsanəvi Xüsusi Təyinatlı-MAXE, İkinci Vətən Müharibəsi iştirakçısı, yeddi medal və bir ordenli Turan Tərlan oğlu Məhərrəmovun Şəhidliyinin, Əbədiyyətə uğurlanmasının ikinci ilə bağlı Bakı şəhərinin Günəşli qəsəbəsinin “D” yaşayış massivində adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.
Etikxeber.az xəbər verir ki, açılış mərasimində Şəhidin ailə üzvləri, doğmaları, Bakıdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, keçmiş hərbçilər, ziyalılar və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, ruhuna dualar olunub.
Sonra qısa çıxışlar edilib.
Çıxışlarda Şəhidin Vətən naminə fədakarlıqlarından bəhs olunub, ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Açılış mərasimində eyni zamanda, İlahilər, Şəhidə, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib.
Daha sonra Şəhidin valideynləri və digər Şəhid ailələri tərəfindən bulağın üzərindən ağ örpək götürülüb və “Şəhid bulağı”nın açılışı rəsmiləşdirilib.
Açılış mərasimindən sonra Turan Məhərrəmovun Şəhidliyinin ikinci ili ilə bağlı Anım mərasimi təşkil olunub, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.
Nur içində uyusun!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az