Ailənin tək və subay oğlu, əslən Xocalı-Şuşalılı və Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-ƏLİZAMİN RAMAZANLININ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 23 YAŞI TAMAM OLUR – FOTOLAR – YENİLƏNİB

Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əlizamin Umud oğlu Ramazanlının doğum günüdür.

Əlizamin Ramazanlının bu gün 23 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, bu gün səhər və günorta saatlarında Şəhidin Şirvanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, ruhuna dualar edilib, məzarı üzərinə gül dəstələri düzülüb.

Məzarını ziyarətdən sonra isə Şəhidin ailəsinin yaşadığı ocaqda (olduqca şəraitsiz bir evdə) Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan sefrəsi açılıb.

Həm məzarını ziyarət, həm də Cənnətdəki üçüncü doğum günü ilə bağlı keçirilən məclis zamanı Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Əlizamin Ramazanlının onsuz qeyd edilən 23 yaşı təbrik olunub.

Məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, yaxınları, Bərdəli Şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, əslən Xocalının (vaxtilə Şuşanın) Kosalar kəndindən olan Əlizamin Ramazanlı 2000-ci ilin 9 may tarixində, Faşizm üzərində Qələbə Günündə dünyaya gəlib…

Ailənin üç övladından biri və evin tək oğlu olub…

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, Dövlət Sərhəd Xidməti (DSX) ilə bağlayıb…

Gizir hərbi rütbəsini daşıyaraq, DSX-nın Xüsusi Təyinatlılarından olub…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə atılıb…

Şərəfli döyüş yolu isə 13 gün çəkib və oktyabrın 9-da Hadrutda Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi bir həftə sonra, oktyabrın 16-da doğulub boya-başa çatdığı Şirvanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla təltif olunub…

Cəmi 20 yaşında Şəhidlik məqamına ucalan Əlizamin həm də subay olub…

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

20:55

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribovanın təşəbbüsü, Bərdə Ağsaqqallar Şurası və yerli iş adamlarının təşkilatçılığı ilə-BƏRDƏDƏ NÖVBƏTİ SÜNNƏT-XEYRİYYƏ AKSİYASI TƏŞKİL OLUNDU, ŞƏHİD, QAZİ VƏ İMKANSIZ AİLƏLƏRİN ÖVLADLARI SEVİNDİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Daha 25 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir