Ailənin tək və subay oğlu, 20 yaşında Şəhidlik məqamına ucalan-AĞCABƏDİLİ MİRAĞA ƏLİYEVİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ BAKIDA XATİRƏSİ ANILDI, TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Ağcabədi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən və bu gün Cənnətdəki üçüncü doğum günü, 23 yaşı tamam olan Mirağa Musa oğlu Əliyevlə bağlı Bakı şəhərində, Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının ofisində tədbir düzənlənib.

Tədbir şairə Ülviyyə Vasifqızının rəhbərlik etdiyi “Dəmir Yumruq Alfa-A” Cəmiyyəti və Şəhidin ailəsi tərəfindən təşkil olunub.

Tədbirdə telejurnalist Səbinə Mehdiyeva aparıcılıq edib.

Etikxeber.az xəbər verir ki, 2000-ci ilin avqustun 29-da Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya və 2020-ci ilin sentyabrın 29-da, 20 yaşının tamamından bir ay sonra-İkinci Vətən Vətən Müharibəsinin 3-cü günündə Şəhidlik məqamına ucalan Mirağa Əliyevlə bağlı tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Dövlət himni səsləndirilib və çıxışlar edilib.

Çıxışlarda Şəhidin 20 illik qısa və şərəfli həyat və döyüş yolundan danışlıb.

İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Digər Şəhidlərimiz kimi Mirağa Əliyevin də unudulmadığı və unudulmayacağı, ehtiram yad edildiyi, anıldığı və daim anılacağı, xatırlanacağı bildirilib.

Çıxşılarda həmçinin, Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Tədbirdə eyni zamanda, Vətənə, Şəhidlərə aid şeirlər səsləndirilib.

İlahilər, mahnılar ifa edilib.

Şəhidin ailə üzvləri belə bir gündə onları tək buraxmadıqları hər kəsə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Mirağa Əliyev 2020-ci ilin 30 sentyabr tarixində doğulduğu Xocavənd kəndində Əbədiyyətə uğurlanıb, o cümlədən Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, ailənin üç övladından biri, evin tək, həm də subay olub.

Tədbirdə Şəhidin ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, ziyalılar, sənətçilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:00

***

FOTOLAR:

15:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Fransa tərəfini təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq”-XİN

Read Next

“Hətta müharibə zamanı deyirdi ki, ana, müharibə qurtarsın, qayıdıb gəlim, mütləq hərbçi olacağam… O dərəcədə hərb sənətini sevirdi…”-AİLƏNİN 5 ÖVLADINDAN BİRİ, SUBAY, HƏM HACIQABULLU, HƏM DƏ KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MƏNSUR AĞAYEVİN ANASI MƏNSURƏ AĞAYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir