Ailənin tək və subay oğlu, 3 medallı, orden Haqqı hələ də tanımayan-MİNGƏÇEVİRLİ RUSLAN CƏFƏRLİNİN BU GÜN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Mingəçevirin (əslən Yardımlılı) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Cəfərlinin Anım Günüdür.

Ruslan Cəfərlinin Əbədiyyətə uğurlanmasından iki il ötür.

Etikxeber.az xəbər verir ki, əslən Yardımlı rayonundan olan Ruslan Nəcəf oğlu Cəfərli 1995-ci ilin may ayının 25-də Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri və tək oğlu olub.

İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.

Oktyabr ayında isə Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini tapmaq mümkün olmayıb.

Yalınız noyabr ayında nəşi əldə edilib və noyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif edilib.

Valideynləri isə övladlarının adının, xatirəsinin əbədiləşdirilməsini və ali ordenlərdən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Ruslan həm də subay olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanında Ruslan Cəfərlinin məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarrı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.

Qısa çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra Anım mərasimi keçirilib, adına ehsan verilib, bir daha ruhuna dualar olunub.

Ziyarətdə və Anım mərasimində Şəhidin valideynləri, bacısı, yaxınları, Mingəçevirdən olan Şəhid ailələri, Şəhid anları, Qazilər, hərbçilər, din xadimləri, Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:31

***

FOTOLAR:

14:00

***

Kamil HƏMZƏOĞLU HƏMİDOV

Etikxeber.az

Read Previous

İlham Əliyev “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü ilə-BİR ARADA – FOTO

Read Next

İlham Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının Baş katibini-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir