Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdaş rayonunun 2023-cü il antiterror Şəhidlərindən olan İqbal İlham oğlu Rzayevin doğum günüdür.
İqbal Rzayevin bu gün 20 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, İqbal Rzayev 2004-cü ilin 19 aprel tarixində Ağdaş rayonunda, sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı və evin tək oğlu olub.
2010-2019-cu illərdə Ağdaş şəhər 8 saylı tam orta məktəbdə 9 illik təhsil alıb.
Bəzi səbəblərdən təhsilini tam başa vura bilməyib.
O, həm də idmanla məşğul olub.
2022-ci ilin aprel ayında, 18 yaşının tamamında isə Əsgərliyə, həqiqi hərbi xidmətə çağrılıb.


Gəncədə, sonra Cəbrayıl və Xocavənd istiqamətlərində xidmət edib.
Xidmətini başa vurmağa cəmi 11 gün qalmış isə 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
2023-cü ilin sentyabr ayının 19-da, axşam saatlarına yaxın Şəhidlik məqamına ucalan İqbal Rzayevin nəşi 2 gün sonra Ağdaş rayon qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub
İqbal eyni zamanda, subay olub.
Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü, 20 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az