Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən Mingəçevirli Nicat Vasif oğlu İbişov və İsmayıllılı Aqil Mehman oğlu Mirzəliyevin doğum günləridir.
Bu gün-27 avqust 2026-cı il tarixində Nicat İbişovun 26, Aqil Mirzəliyevin isə 27 yaşı tamam olur.
Bu, həm də hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.
Etikxeber.az-ın xəbərinə görə, Nicat İbişov əslən Zərdablı olsa da, 2000-ci ilin avqustun 27-də Mingəçevirdə dünyaya gəlib.
İsmayıllı rayonunun özündən-İsmayıllı şəhərindən olan Aqil Mirzəliyev isə 1999-cu ilin avqustun 27-də anadan olub.
Hər ikisi də ailənin iki övladından biri olub.
Nicat İbişov tək bacının tək qardaşı, Aqil Mirzəliyev ailənin iki oğlan övladından biri idi.
Hər iki Şəhid İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgərləri kimi iştirak ediblər.
Nicat İbişov 2020-ci ilin oktyabrın 10-da Suqovuşan istiqamətində döyüşlərdə Şəhid olub, lakin nəşi 15 gün sonra əldə edilib və Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri olan Aqil Mirzəliyev isə oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.



Nəşi 3 gün sonra, oktyabrın 23-də İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Hər ikisi də Şəhidliklərindən sonra medallarla, həmçinin, Aqil Mirzəliyev 3-cü dərəcəli “Rəşadət” ordeni, Nicat İbişov isə bu ilin iyun ayında 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Aqil həm də ali təhsilli olub.
Eyni zamanda, hər iki Şəhid subay olub.
İsmayıllı şəhərində Aqilin adını daşıyan küçə var.
Qeyd edək ki, Aqil Mirzəliyevin iki qohumu Cəmil Məmmədli və Teymur Osmanlı da İkinci Vətən Müharibəsi Şəhididir.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nur içində yatsınlar!
Etikxeber.az





