Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm Bakı şəhərinin-Zığ qəsəbəsinin, həm də Naxçıvan Muxtar Respublikasının (NMR) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Füzuli oğlu İsmayılzadənin doğum günüdür.
Bu gün Məhəmməd İsmayılzadənin 27 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Məhəmməd İsmayılzadə 1996-cı ilin 12 iyun tarixində NMR-in Şərur rayonunun Yengicə kəndində dünyaya gəlsə də, kimliyində, şəxsiyyət vəsiqəsində doğum tarixi 10 iyun yazılıb.
O, 1997-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu olub.
2014-cü ildə Suraxanı rayonu 317 nömrəli məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində hərbi xidmət keçib və Əsgərlikdə olan zaman göstərdiyi şücaəti ilə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandirlərinin diqqətini cəlb edib.
Baş kəşfiyyatçı kimi hərbi xidmətini davam etdirib və göstərdiyi igidliklərə görə, bir neçə dəfə fəxri fərmanla təltif olunub.
Ən böyük arzusu xaricdə təhsil almaq olub və bu məqsədlə 2019-cu ildə Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olunub.
O, həm də heykəltəraş olub.
2020-ci ilin oktyabrın 2-də təhsilini davam etdirməsi üçün Türkiyəyə getməli olduğu halda, qərarını dəyişib və İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar elə həmin gün, sentyabrın 27-də hərbi komissarlığa müraciət edib, könüllü cəbhəyə yazılıb.
Sentyabrın 29-da, axşam saatlarında təkidlə cəbhəyə yola düşüb və bir neçə gün Füzulidə kəşfiyyatçı kimi fəaliyyət göstərib.
Daha sonra o, öz arzusunu ön cəbhədə Həmlə taboruna könüllü qoşularaq gerçəkləşdirib və sonuncu dəfə Şəhid olduğu gün, oktyabrın 25-də, səhər saat 8-də ailəsi, valideynləri ilə danışıb, cəmi 2-3 saat sonra isə Füzuli rayonunda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Şəhidliyi xəbəri isə ailəsinə oktyabrın 26-da, günorta saatlarında verilib və və elə həmin Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Ancaq ailəsi övladlarının eyni zamanda, ali ordenlərimizdən biri və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmasını istəyir.
24 yaşında Şəhidlik məqamına ucalan Məhəmməd həm də subay idi.
Şəhidin atası Füzuli İsmayılov da müharibə iştirakçısı, Birinci Qarabağ Savaşının Qəhrəman döyüşçülərindən olub.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Ziyarətdə Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Sonra “Nur” mərasim evində Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan verilib.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükula yad olunub, Dövlət himni səsləndirilib.
Bir daha Şəhidin ruhuna dualar edilib.
Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Eyni zamanda, Şəhidlərə həsr olunmuş İlahilər səsləndirilib.
Məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
12:37
***
FOTOLAR:




















16:26
***










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





