Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsmayıllı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Aydın oğlu Dəmirovun doğum günüdür.
Vüsal Dəmirovun bu gün 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Bu gün Onsuz Cənnətdəki dördüncü doğum günü qeyd olunur.
Etikxeber.az xəbər verir ki, Vüsal Aydın oğlu Dəmirov 1993-cü ilin 10 sentyabr tarixində İsmayıllı rayonunda dünyaya gəlib.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı idi.
7 yaşında atasını itirib və həmin vaxtdan anası Nüşabə xanım onlara həm analıq, həm də atalıq edib.
O, 2000-ci ildə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib.
2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman liseyinə daxil olub.
2009-cu ildə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub və 2012-ci ildə təhsilini başa vurub.
Təhsilini bitirdikdən sonra-2012-ci ildə Vətənə xidmət borcunu yerinə yetirməyə, həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu-hərb ilə bağlamaq qərarını verib.
2014-cü ildən Azərbaycan Ordusunda MAXE-çavuş, BTR sürücüsü kimi fəaliyyətə başlayıb.
Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Müdafiə naziri tərəfindən saat, medal və fəxri fərmanla təltif olunub.
Aprel və Tovuz döyüşlərində iştirak edib.
İkinci Qarabağ Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb.
Şərəfli döyüş yolu 8 gün çəkib.
Oktyabrın 4-də Füzuli istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Nəşi isə oktyabrın 5-də İsmayıllı rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
27 yaşında Şəhidlik məqamına ucalan Vusal həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 31 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az