Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsindən olan əslən Kəlbəcərli, “Qisas” əməliyyatı Şəhidi, ailənin 3 oğlan övladından biri, ali təhsilli, Leytenant Ömər Muğan oğlu Şirinovun Anım Günüdür.
Bu gün Ömər Şirinovun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından iki il keçir.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Zeyvə kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar olunacaq, qısa çıxışlar ediləcək.
Ziyarətdən sonra Gəncə şəhərinin Gülüstan qəsəbəsində Şəhidin Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.
Etikxeber.az xəbər verir ki, Ömər Şirinov 1999-cu ilin sentyabrın 20-də sadə bir ailədə dünyaya gəlib.
Ailənin 3 oğlan övladından, 3 qardaşdan biri olub.
Ali təhsilə yiyələnib, Gəncə Dövlət Universitetinin xarici dil müəllimliyi (fransız dili) ixtisasını bitirib.
Lakin həyatını Ordu, hərb ilə bağlayıb, Leytenant hərbi rütbəsini daşıyıb.
Və 2022-ci ilin 12 sentyabr tarixində Laçın istiqamətində döyüşlərdə Şəhid olub.
Nəşi 14 sentyabr tarixində Goranboy rayonunun Zeyvə kənd qəbiristanlığında dəfn olunub.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az