Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Əflatun oğlu Həşimlinin doğum günüdür.
Cəmil Həşimlinin bu gün-11 avqust 2026-cı il tarixində 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Bu gün Onun Onsuz doğum günü qeyd olunur…
Etikxeber.az xəbər verir ki, Cəmil Həşimli 1995-ci ilin 11 avqust tarixində Kürdəmir rayonunda dünyaya gəlib…
Ailədə üç övlad, üç qardaş olublar…
Uşaqlıqdan onları anaları Simuzər Bağıyeva təkbaşına, şəraitsiz bir evdə-ata ocağında, minbir çətinliklərlə böyüdüb boya-başa çatdırıb…
Onlara-hər üç övladına həm analıq, həm də atalıq edib…
Qeyd edək ki, anası Simuzər xanım hazırda ali məktəb tələbəsidir.
Cəmil 2001-2012-ci illərdə orta məktəbdə oxuyub…
2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub…
Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Azərbaycan Ordusunda Gizir kimi fəaliyyətə başlayıb…
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb…
Cəbrayıl-Füzuli istiqamətlərində döyüşüb və 9 günlük şərəfli döyüş yolu keçib…
Oktyabrın 5-də, axşam saatlarında isə Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, 6 oktyabr tarixində Kürdəmir rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 5 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Qeyd edək ki, Cəmilin ali təhsilli olan digər iki qardaşı-Mərahim Həşimli və Cavid Həşimli də İkinci Vətən Müharibəsində iştirak ediblər…
Azərbaycan Ordusunun hərbçisi olan-ali təhsilli Mərahim Həşimli qardaşı ilə təxminən eyni istiqamətlərdə döyüşüb, döyüşlərdə hətta ağır kəllə-beyin travması alıb…
Digər-ali təhsilli qardaşı Cavid Həşimli isə Azərbaycan Ordusunun Əsgəri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olub və Naxçıvanın keşyində dayanıb…
Cəmil həm də subay olub.
Qardaşı, hazırda da hərbçi kimi fəaliyyət göstərən Mərahim Həşimli isə ailəli, iki övlad atasıdır…
Oğlan övladı Cəmil Həşimlinin ad və soyadını daşıyır.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





