Ailənin üç övladından, əkiz qardaşdan biri, üç medal və bir ordenli-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ASİF ABIŞIOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: BU GÜN ONUN 31 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Asif Əlövsət oğlu Abışovun doğum günüdür.

Asif Abışovun bu gün 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Asif Abışov 1992-ci ilin may ayının 16-da Bərdənin Lək kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə üç uşaq-iki qardaş, bir bacı olublar.

Qardaşı Ariflə həm də əkiz idilər.

Əkiz qardaşı ilə 1999-2010-cu illərdə eyni məktəbdə, eyni sinifdə oxuyublar.

Əsgərliyi, hərbi xidməti də iki qardaş bir yerdə çəkiblər.

Hərbi xidmətdən sonra isə Asif Abışov həyatını yenidən hərblə, Ordu ilə bağlayıb.

Hərbi kursa gedib və kursu bitirdikdən sonra 5 il Murovda hərbçi kimi xidmət edib.

İkinci Vətən Müharibəsi başlayan gündən də döyüşlərdə olub.

Döyüş yolu uzun və şərəfli olub, sentyanrın 27-dən noyabrın 2-nə, Şəhidliyinə qədər 35 günlük döyüş yolu keçib.

FüzuliXocavənd istiqamətlərində döyüşən Asif Abışov noyabrın 2-də Xocavənddə ağır döyüşlər zamanı Şəhidlik məqamnına ucalıb.

Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 17-də bildirilib və nəşi 18-də doğulduğu Lək kəndində torpağa tapşırılıb…

Asif həm də Ləkin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra da Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Bir müddət öncə dünyaya gələn qardaşı oğluna da Onun-Asif Abışovun adı verilib.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Lək kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarı başında qısa çıxışlar olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, Cənnətdəki üçüncü doğum günü təbrik edilib.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Sonra Şəhidin özünün tikdirdiyi və hazırda əkiz qardaşının yaşadığı evdə Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub, bir daha çıxışlar edilib.

Şəhidin ailə üzvləri, anası İsbət xanım da öz növbəsində ziyarət və mərasim iştirakçılarına minnətdarlığını, onları belə bir gündə tək buraxmadıqları üçün hər kəsə təşəkkürlərini ifadə edib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Bərdəli və Tərtərli Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

12:37

***

FOTOLAR:

23:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Oğlumu anamın yanında dəfn etdim…Oğlumu anama tapşırdım…”-MAYIN 12-DƏ ŞƏHİDLİK MƏQAMINA UCALAN-AİLƏNİN TƏK, SUBAY VƏ ALİ TƏHSİLLİ OĞLU, QƏBƏLƏLİ MƏHƏMMƏD QARAYEVİN ATASI MAHİR QARAYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Ailənin beş övladından, beş qardaşdan biri, ali təhsilli, peşəkar hərbçi, polkovnik-leytenant, iki övladı Vətənə əmanət qalan-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ATƏM VAQİF OĞLU ƏLİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir