Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, Şuşa fatehlərindən olan Cəlaləddin Elxan oğlu Fərhadovun sabah doğum günüdür.
Cəlaləddin Fərhadovun sabah-1 may 2024-cü il tarixində 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Ağdaş rayonunda, Şəhid ailəsinin yaşadığı evdə məclis düzənlənəcək, adına ehsan süfrəsi təşkil olunacaq.
Həmçinin, məzarı ziyarət olunacaq, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Etikxeber.az xəbər verir ki, Cəlaləddin Fərhadov 2001-ci ilin may ayının 1-də Ağdaş rayonunda, sadə bir ailədə dünyaya gəlib.
Evin tək oğlu, iki bacının tək qardaşı, ailənin sonbeşiyi olub.
Atalarını vaxtsız itirib.
Anaları Pərvanə xanım onlara həm analıq, həm də atalıq edib.
Bacıları Arzu Fərhadova və Aysu Fərhadova ali təhsillidirlər.
Eyni zamanda, Arzu xanım ailəlidir.
Cəlaləddin də ailə durumları ilə əlaqədar çox erkən yaşlarından işləməyə, çalışmağa, anasına, ailəsinə dəstək olmağa başlayıb.
2007-2018-ci illərdə Ağdaş rayon 1 saylı tam orta məktəbdə oxuyub.
Bacısı Arzu Fərhadovanın mətbuata dediklərindən:
“Cəlaləddin mənə həm qardaş, həm də ata olub. Baxmayaraq ki, məndən 3 yaş balaca idi. Biz bacımla tələbə idik və atamız rəhmətə getdikdən sonra anamla qardaşım işləyib bizi oxudublar. Aramızda ən savadlı o idi, amma həm bir az dəcəlliyinə, həm də evin məsuliyyətinə görə oxumadı. Anam deyir ki, “Sizi oxutdum, amma onun üçün heç nə edə bilmədim…”
Orta məktəbi bitirdikdən, 18 yaşının tamamından az sonra-2019-cu ildə həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.
Azərbaycan Ordsusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə, döyüşlərə qatılıb.
Uzun və şərəfli döyüş yolu keçib Şuşayacan…
Mayın 8-də Şuşa şəhərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…
Nəşi 3 gün sonra ailəsinə təhvil verilib və noyabrın 12-də Ağdaş rayonunda Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra üç medalla- “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…
19 yaşında Şəhidlik zirvvəsinə ucalan Cəlaləddin həm də subay olub…
Ömrü kimi arzuları, xəyalları da yarımçıq qalıb…
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 23 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az