Ailənin üç övladından biri, evin tək və subay oğlu, cəmi 19 yaşında Şəhidlik məqamına ucalan-BƏRDƏLİ ASİM CƏFƏRLİNİN BU GÜN 22 YAŞI TAMAM OLUR, CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Asim Çingiz oğlu Cəfərlinin doğum günüdür.

Asim Cəfərlinin bu gün 22 yaşı tamam olur və bu, Şəhidin həm də Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Asim Cəfərli 2001-ci ilin sentyabr ayının 4-də Bərdənin Piyadalar kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub.

Bacısının biri hazırda ailəlidir.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

 Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Piyadalar kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Şəhidliyindən sonra dünyaya gələn bacısının oğlu Onun adını daşıyır.

Asim eyni zamanda, Piyadalar kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına çay-ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar ediləcək.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü ad günü, 22 yaşı mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ermənistanla yenidən onların anladığı dillə, dəmir yumruqla danışmağa ehtiyac var-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir