Ailənin üç övladından biri, iki bacının tək və subay qardaşı-BEYLƏQANLI ŞƏHİD MƏHƏMMƏD ƏLİYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

“Sinif yoldaşları-oğlanlar arasında ən hündür boylu və ən yaraşıqlısı mənim balam idi…Bunu mən demirəm, bunu bütün sinif yoldaşları deyir…Çox ağıllı, çox tərbiyəli, çox istiqanlı bir uşaq idi mənim balam-Məhəmmədim…”-ŞƏHİD MƏHƏMMƏD ƏLİYEVİN ANASI

***

Beyləqanın rayonunun Şəhidi, evin üç övladından biri, iki bacının tək qardaşı, ailənin tək və subay oğlu Məhəmməd Məhərrəm oğlu Əliyevin Anım Günündə-bu gün, 11 dekabr 2024-cü il tarixində-səhər saatlarında Birinci Şahsevən kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

2003-cü ilin oktyabr ayının 28-də sadə bir ailədə dünyaya gələn, evin sonbeşiyi, 2021-ci ilin oktyabrında həqiqi hərbi xidmətə yollanan, Azərbaycan Ordusunun-14 ayın Əsgəri, 2022-ci ilin 10 dekabr tarixində Qazax rayonu istiqamətində Şəhadətə qovuşan və 11 dekabrda Əbədiyyətə uğurlanan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Şamaxı Dövlət Regional Kollecinin tələbəsi olan Şəhidin məzarı başında qısa çıxışlar olunub.

Çıxışlarda Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Məhəmməd Əliyevin 19 illik qısa, lakin şərəfli həyat yolundan danışılıb.

Anası Təranə xanımın dediklərindən:

“Sinif yoldaşları-oğlanlar arasında ən hündür boylu və ən yaraşıqlısı mənim balam idi…Bunu mən demirəm, bunu bütün sinif yoldaşları deyir…Çox ağıllı, çox tərbiyəli, çox istiqanlı bir uşaq idi mənim balam-Məhəmmədim…”

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarət zamanı bacısı qızları və məktəblilər, eləcə də şairə Esmira Günəş tərəfindən şeirlər səsləndirilib.

Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar edilib, bir daha məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər ifa olunub.

Həmçinin, xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Beyləqanlı Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər, keçmiş sinif yoldaşları, Əziz Əzizov başda olmaqla, Beyləqan rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak ediblər.

Məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha bir hərbi qulluqçu odlu silahdan açılmış atəş nəticəsində-HƏLAK OLDU

Read Next

Nəşi iki ay 12 gündən sonra Əbədiyyətə uğurlanan, iki gün sonra Anım Günü olan Şəhid Ələddin Xəlilov, ailənin tək oğlu, iki bacının tək qardaşı Şəhid Pünhan Abbasov və QOBUSTANLI ANTİTERROR ŞƏHİDİ ƏRZULLA HƏSƏNLİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir