Ailənin üç övladından biri, iki övladı Vətənə əmanət qalan ali hərbi təhsilli, Kapitan-APREL DÖYÜŞLƏRİNİN İŞTİRAKÇISI VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TURAL RUSLAN OĞLU ZEYNALOV… – FOTOLAR

Tural Ruslan oğlu Zeynalov…

Ana tərəfdən Qərbi Azərbaycan-Qazaxlı, ana tərəfdən Tovuzlu, özü isə Bakı doğumlu…

Ali təhsilli peşəkar hərbçi…

Aprel döyüşləri və İkinci Vətən Müharibəsini iştirakçısı…

İgid, Qəhrəman Vətən övladı…

Vətən sevdalısı, Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi…

Tural 1987-ci ilin oktyabr ayının 4-də Bakı şəhərinin Binəqədi rayonunun Biləcəri qəsəbəsində sadə bir ailədə dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu idi…

Uşaq vaxtlarından hərbə, hərb sənətinə böyük marağı olub…

9 il Biləcəri qəsəbəsində yerləşən 300 saylı (5 saylı) tam orta məktəbdə oxuyub, sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib…

Liseyi bitirdikdən sonra, 2006-2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə (AAHM) ali təhsil alıb…

Həmçinin, Silahlı Qüvvələrin Təlim-Tədris Mətkəzində kurs keçib…

Ali hərbi təhsilini bitirdikdən Leytenant hərbi rütbəsində Daşkəsən istiqamətində “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb…

Kapitan hərbi rütbəsinə qədər yüksəlib…

2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub…

Bir Vətən sevdalısı, bir peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinə qatılıb, Vətənin müdafiləsinə qalxıb…

Şərəfli döyüş yolu 15 gün çəkib…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlayıb, hər şeyin yolunda, qaydasında olduğunu bildirib, “İnşallah, Qələbə ilə qayıdacağam”-deyib…

Və üstündən cəmi saatlar keçəndən sonra, günorta saatlarında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

33 yaşının tamamından cəmi bir həftə sonra canından çox sevdiyi, ailəsindən üstün tutduğu Vətəni yolunda canını fəda edib…

Və nəşi elə həmin gün, 11 oktyabr tarixində İkinci Fəxri-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla təltif olunub…

Eyni zamanda, 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb…

Şəhidimiz həm də ailəli olub…

2011-ci ildə Kamilə adlı qızla ailə həyatı qurub…

Rza və atasının adını daşıyan Ruslan adlı övladı dünyaya gəlib…

İki övladı ailəsinə, Vətənə əmanət qalıb…

***

Dünən, 16 iyun tarixində Şəhidimizin Dərdli, Yaralı, həm də Qəhrəman anası Nabat xanımla görüşdüm…

Onunla İkinci Vətən Müharibəsi Şəhidləri-3 medallı Elvin Abasovun Cənnətdəki üçüncü doğum günü mərasimində və “Qarabağ” ordenli Elçin Tağıyevlə bağlı Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə bir araya gəldim…

Qısa da olsa, söhbətləşdim, dərdləşdim…

Şəhidimizin anasına, ailəsinə Allahdan səbr dilədim…

“Şəhidimizin məkanı cənnətlik, ruhu olsun!”-dedim…

Ruhu qarşısında baş əydiyimizi bildirdim…

Gözlərindən, çöhrəsindən kədər, dərd yağan Şəhid anası bildirdi ki, Naxçıvanski adına Hərbi Liseyə və Ali Hərbi Məktəbə gələndə onu həm sevinc, həm də kədər hissləri bürüyür…

“Çünki balam da bu məktəblərdə oxuyub, təhsil alıb… Buralarda onun da nəfəsi var…Hər dəfə bura yolum düşəndə çox təsirlənirəm, çox…Onsuz mənə, bizə çox çətindir…”-deyə, Şəhid anası sözlərinə əlavə etdi…

Yenə sözün bitdiyi yer, yenə kəlmələrin aciz qaldığı an…

Allah bir daha səbrini versin Şəhid anasının, Qəhrəman Zeynalovlar ailəsinin!

Allah Şəhidimizin məqamını bir daha uca etsin!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

Read Next

İki Eldəniz Hüseynov: Eyni taleli əmi və qardaş oğlu Eldəniz Hüseynovlar…İkisi də Qəhrəman, ikisi də Şəhid…BİRİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, DİGƏRİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir