Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qobustan rayonundan olan Antiterror Şəhidi Vüsal Təbiyyət oğlu Şəhriyarovun doğum günüdür.
Sabah-11 dekabr 2024-cü il tarixində Vüsal Şəhriyarovun 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Sabah Şəhidin Onsuz doğum günü qeyd olunacaq.
Etikxeber.az xəbər verir ki, Vüsal Şəhriyarov 2001-ci ilin 11 dekabr tarixində Qobustan rayonunun Çalov kəndində-sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Tək bacısı Türkanə xanım hazırda ailəlidir…
2008-ci ildə Yaşar Sadıqov adına Çalov kənd ümumi orta məktəbə gedib…
2010-cu ilin yanvar ayında isə təhsilini donduraraq A.O.Çernyoviski adına Qobustan şəhər 1 saylı tam orta məktəbə gedib və 2019-cu ildə həmin məktəbi bitirib…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2020-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
İyul-Tovuz döyüşlərinin, sonra isə İkinci Vətən Müharibəsinin iştirakçılarından olub…
Müharibənin ilk günündən son gününəcən döyüşlərdə iştirak edib…
Müharibədən sonra “Kəlbəcərin azad olunması görə” medalı ilə təltif olunub…
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb, “Komando”da fəaliyyətə başlayıb…
Və 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş 23 saatlıq Antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 20 sentyabr 2023-cü il tarixində Çalov kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
22 yaşlı Şəhidimiz həm də subay olub…
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 23 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az