Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Naxçıvanlı İkinci Vətən Müharibəsi Şəhidi Ülvi Habil oğlu Cəfərovun doğum günüdür.
Ülvi Cəfərovun sabah-16 yanvar 2025-ci il tarixində Cənnətdəki beşinci doğum günü, mövlududur.
Sahah Ülvi Cəfərovun 27 yaşı tamam olur.
22 yaşında Vətən yolunda Şəhadətə ucalan Şəhidin sabah Onsuz doğum günü qeyd olunacaq.
Etikxeber.az xəbər verir ki, Ülvi Cəfərov 1998-ci ilin yanvar ayının 16-da Naxçıvan Muxtar Respublikasının (NMR) Kəngərli rayonunun Xok kəndində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
2004-2015-ci illərdə orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra, 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
Müqavilə müddəti bitsə də, Ülvi Cəfərov İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə atılıb və bir aydan artıq şərəfli döyüş yolu keçib.
Cəbrayıl, Hadrut, Xocavənd istiqamətlərində döyüşüb.
Oktyabr ayının 31-də isə Şuşa istiqamətində qanlı döyüşlərdən birində-cəmi 22 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 6 gün sonra, 6 noyabr 2020-ci il tarixində Xok kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ülvi həm də nişanlı olub.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü, 27 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az