Ailənin üç övladından biri, subay, səkkiz medal və bir ordenli-ŞƏHİD VASİF MƏMMƏDOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ: 21 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Mingəçevirin (həm də Ağdamın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vasif Rafail oğlu Məmmədovun doğum günüdür.

Vasif Məmmədovun bu gün 21 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Ağdamlı olan Vasif Məmmədov 2001-ci ilin mayın 1-də dünyaya gəlib.

Ailədə 3 uşaq, 2 qardaş və bir bacı olublar.

2007-2018-ci illərdə orta məktəbdə oxuyub.

Məktəbi əla qiymətlərlə oxusa da, bitirsə də, ancaq ali təhsil almaq arzusuna qovuşa bilməyib.

18 yaşının tamamından az sonra, 2019-cu ilin yayında hərbi xidmətə yollanıb, Cəlilabad rayonda hərbi hissələrdən birində qulluğa başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri, kəşfiyyatçısı kimi döyüşlərdə iştirak edib…

Döyüş yolu 10 gün çəkib.

Kəlbəcər, Murov, Cəbrayıl, Füzuli, Hadrut Xocavənd istiqamətlərində döyüşüb.

Oktyabr ayının 6-da isə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Və nəşi bir gün sonra, oktyabrın 7-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 8 medal və bir ordenlə- “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Vasif həm də subay olub.

***

Cənnətdəki ikinci doğum günü, 21 yaşının tamam olması ilə bağlı bu gün axşam saatlarında Şəhidin ailəsinin yaşadığı evdə iftar məclisi təşkil olunub.

Məclisdən öncə isə Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı ailəsinin yaşadığı evdə mərasim-iftar məclisi başlayıb.

Məclisə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən olan Şəhid ailələri, din xadimləri, Qazilər və digərləri qatılıblar.

Məclisdə Şəhidin və cəmi Şəhidlərin ruhuna bir daha dualar oxunub.

Şəhidin Cənnətdəki ikinci ad günü təbrik edilib, ailəsinə Allahdan səbr arzulanıb.

Məkanı cənnətlik, cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

19:10

***

FOTOLAR:

19:19

***

MƏZARININ ZİYARƏTİ…

19:59

***

ŞƏHİDİN CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM-İFTAR MƏCLİSİ…

20:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Millət vəkili Şəhid ailələrini-ZİYARƏT ETDİ VƏ… – FOTOLAR

Read Next

Azərbaycanda Ramazan bayramıdır-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir