Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Biləsuvar rayonunun İsmətli kəndindən, özü isə Abşerondan, Ceyranbatandan olan “Qisas” əməliyyatı Şəhidi Nicat Malik oğlu Qarazadənin Şəhadət günüdür.
Bu gün-13 sentyabr 2026-cı il tarixində Nicat Qarazadənin Şəhadətindən 4 il keçir.
Etikxeber.az xəbər verir ki, əslən Biləsuvar rayonunun İsmətli kəndindən olan Nicat Qarazadə 2002-ci ilin oktyabr ayının 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…
Tək bacısı hazırda ailəlidir, övladına da qardaşının-Nicatın adını qoyub…
Nicat 2008-2019-cu illərdə Ceyranbatanda yerləşən 2 saylı orta tam məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri olub…
Əsgərliyini bitirər-bitirməz taleyini Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyintlı Qüvvələrdə (XTQ) işləməyə, fəaliyyət göstərməyə başlayıb…
“Qisas” əməliyyatı zamanı, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə isə Kəlbəcər istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşi 17 sentyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb…

Hazırda adını daşıyan küçə var…
Valideynləri isə oxuduğu məktəbə övladlarının adının verilməsini istəyir…
20 yaşında Şəhadətə ucalan Nicat həm də subay olub…
Ümumiyyətlə, Nicat daxil olmaqla, Qarazadələr ailəsinin beş Şəhidi var…
İkisi Birinci Qarabağ Savaşı Şəhidi, biri İkinci Vətən Müharibəsi Şəhidi (Elşən Müslümov), birisi isə doğmaca bibisi oğlu, 2016-cı il Aprel döyüşlərinin Şəhidi Elmidar Səfərovdur.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





