Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kürdəmirli Antiterror Şəhidi Vüsal İlqar oğlu Əhmədovun Anım Günüdür.
Sabah-27 sentyabr 2026-ci il tarixində Vüsal Əhmədovun Əbədiyyətə uğurlanmasından üç il keçir.
Etikxeber.az xəbər verir ki, Şəhid Vüsal Əhmədov 1993-cü ilin yanvar ayının 24-də Kürdəmir rayonunun Qarasu kəndində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri, evin böyük oğlu idi.
Uşaqlıqdan idmana və hərb sahəsinə böyük marağı olub.
1999-2010-cu illərdə Qarasu kənd tam orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
2012-ci ildə Əsgərliyini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb.
Sonra-2021-ci ildə həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunda MAXE-Gizir kimi fəaliyyətə başlayıb.

2023-cü ilin 19 sentyabr tarixində lokal xarakterli Antiteror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi bir neçə gün sonra-27 sentyabr 2023-cü il tarixində Qarasu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Vüsal həm də ailəli olub.
2019-cu ilin aprel ayının 21-də Yeganə adlı xanımla ailə həyatı qurub.
Bir oğlan övladı-Eşqini ailəsinə, Vətənə əmanət qalıb.
Vüsal eyni zamanda, Kürdəmirin 6 Antiterror Şəhidindən biridir.



Məkanı olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





